Xorvatiya Respublikasının
Prezidenti zati-aliləri
cənab İvo Yosipoviçə
Hörmətli cənab Prezident!
Xorvatiya Respublikasının milli bayramı - Dövlətçilik günü münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm.
Ümidvaram ki, Azərbaycan ilə Xorvatiya arasında yaranmış dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı bundan sonra da xalqlarımızın mənafelərinə xidmət edəcəkdir.
Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Xorvatiya xalqına sülh və tərəqqi arzulayıram.
Hörmətlə,
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı, 7 iyun 2011-ci il
Azərbaycan.- 2011.-25 iyun.- S. 1.