Sloveniya Respublikasının Prezidenti zati-aliləri cənab Danilo Türkə

 

Hörmətli cənab Prezident!

Ölkənizin milli bayramı - Dövlətçilik günü münasibətilə Sizə xalqınıza öz adımdan Azərbaycan xalqı adından ən səmimi təbriklərimizi yetirirəm.

Bu gün Azərbaycan-Sloveniya münasibətləri müvəffəqiyyətlə inkişaf etməkdədir. Əminəm ki, ölkələrimiz xalqlarımız arasındakı dostluq əlaqələrinin möhkəmləndirilməsi, ikitərəfli çoxtərəfli qaydada əməkdaşlığımızın dərinləşdirilməsi istiqamətində qarşılıqlı səylərimizi bundan sonra da ardıcıl şəkildə davam etdirəcəyik.

Bu xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Sloveniya xalqına əmin-amanlıq firavanlıq diləyirəm.

Hörmətlə,

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı, 7 iyun 2011-ci il

 

Azərbaycan.- 2011.-25 iyun.- S. 1.