Avropalı deputatlar Bakı Biznes Mərkəzində
sərgi ilə tanış olmuşlar
Azərbaycanda səfərdə
olan Avropa Parlamentinin deputatlarından ibarət nümayəndə
heyəti Bakı Biznes Mərkəzində ölkəmizin
sosial-iqtisadi inkişafında əldə olunmuş nailiyyətləri
əks etdirən sərgi ilə
İqtisadi inkişaf nazirinin müavini Niyazi Səfərov qonaqlara Azərbaycan iqtisadiyyatı, ölkəmizin investisiya imkanları barədə məlumat vermişdir. Bildirmişdir ki, Prezident İlham Əliyev tərəfindən davam etdirilən sosial-iqtisadi inkişaf strategiyası sayəsində neft sektoru ilə yanaşı qeyri-neft sektoru da uğurla inkişaf edir. Ölkəmizdə əlverişli biznes və investisiya mühiti yaradılmış, ixrac imkanları genişlənmişdir. Sərgidə nümayiş olunanların qazanılmış nailiyyətlərin yalnız bir hissəsi olduğu diqqətə çatdırılmış, iqtisadiyyatın müxtəlif sahələri üzrə əldə edilmiş uğurlar, həyata keçirilən iri layihələr barədə danışılmışdır.
Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) vitse-prezidenti Rüfət Məmmədov "Azərbaycanın investisiya və ixrac imkanları" mövzusunda təqdimatla çıxış etmişdir.
Avropalı deputatlar Azərbaycanla Avropa Parlamenti arasında qarşılıqlı faydalı əməkdaşlığın inkişaf etdiyini bildirmiş, ölkəmizdəki iqtisadi inkişafdan məmnunluqlarını ifadə etmişlər. Qonaqlara ölkəmizin iqtisadi inkişafı, biznes və investisiya mühiti haqqında broşürlər, disklər, müxtəlif çap materialları paylanmışdır.
Azərbaycan.- 2011.-25 iyun.- S. 5.