Azərbaycanın Tacikistandakı səfirliyi Silahlı Qüvvələrimizin yaradılmasının 93-cü ildönümü münasibətilə Düşənbədə rus ingilis dillərində kitabça nəşr etdirmişdir

 

Ölkəmizin Tacikistandakı səfirliyi Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının 93-cü ildönümü münasibətilə Düşənbədə rus ingilis dillərində "Proşşay, orujie" skazat seqodnya nevozmojno" kitabçasını nəşr etdirmişdir.

Broşürü ölkəmizin Tacikistandakı müvəqqəti işlər vəkili İlham Zamanov çapa hazırlamışdır.

Kitabçada deyilir ki, ulu öndər Heydər Əliyev 1998-ci il iyunun 26-da Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının 80 illik yubileyindəki nitqində dövlət quruculuğunun önəmli sahələrindən biri olan milli ordunun yenidən qurulması müasir tələblərə uyğun olaraq formalaşdırılması, ölkəmizin ərazi bütövlüyünün bərpa edilməsi məsələlərini prioritet vəzifələr kimi səciyyələndirmişdir.

Nəşrdə qeyd edilir ki, bu vəzifə artıq reallığa çevrilmiş, Azərbaycanda güclü milli ordu yaradılmış, müasir tələblərə cavab verən hərbi təhsil sistemi formalaşdırılmışdır. Bu nəhəng işlərin həyata keçirilməsində ulu öndərin layiqli davamçısı, Prezident İlham Əliyevin xidməti ölçüyəgəlməzdir.

Qeyd olunur ki, bu gün Azərbaycan Silahlı Qüvvələri yüksək döyüş hazırlığı ruh yüksəkliyinə, güclü maddi-texniki bazaya malik bir ordudur.

 

 

Qulu KƏNGƏRLİ,

AzərTAc-ın xüsusi müxbiri

Düşənbə

 

Azərbaycan.- 2011.-25 iyun.- S. 6.