Almaniyanın "Die Welt" qəzetində "Azərbaycanın gizlənmiş sərvətləri" sərlövhəli məqalə nəşr olunmuşdur

 

Almaniyanın "Die Welt" qəzetinin növbəti nömrəsində "Azərbaycanın gizlənmiş sərvətləri" sərlövhəli məqalə nəşr olunmuşdur.

Məqalə Azərbaycanın neft gəlirlərinin ölkənin Bakı şəhərinin inkişafında oynadığı rolun təsviri ilə başlayır. Bildirilir ki, neft hasilatının növbəti illərdə get-gedə azalacağını nəzərə alan Azərbaycan qaz ixracına diqqəti artırır. Artıq Gürcüstan, Türkiyə Rusiyaya qaz ixrac edən Azərbaycan Avropa bazarına da çıxmaq istəyir. Eyni zamanda, bu ölkə tranzit yollarının da şaxələndirilməsi haqqında düşünür.

Qəzet yazır ki, Sovet İttifaqının süqutundan sonra Azərbaycan təcrid olunmuş vəziyyətə düşdü. Ermənistan Azərbaycan ərazisinin 20 faizini işğal etdi. Lakin Bakı-Tbilisi-Ceyhan neft Bakı-Tbilisi-Ərzurum qaz kəmərlərinin çəkilişi ilə Azərbaycan təcrid vəziyyətindən çıxdı.

Qəzet daha sonra yazır ki, Azərbaycanın öz qazını alternativ yollarla Avropaya nəql etmək marağı, bu istiqamətdə Avropa İttifaqının (Aİ) da marağı ilə üst-üstə düşür. Aİ Azərbaycan qazının Avropa bazarına "Cənub" dəhlizi vasitəsilə çıxarılmasının tərəfdarıdır. Bu dəhlizdə üç mümkün layihə nəzərdən keçirilir: Nabukko, İTGİ TAP.

Nəqletmə gücü 31 milyard kubmetr olacaq Nabukko layihəsinə qarşı Rusiya özünün gücü 63 milyard kubmetr olacaq "Cənub axını" layihəsi ilə rəqabət yaradır. "Cənub axını" ilə nəql olunacaq qazın üçdə ikisinin artıq Avropaya Ukrayna ərazisindən ötürüləcəyi bəllidir.

Məqalədə daha sonra bildirilir ki, ilin əvvəlində Azərbaycan, Türkiyə Avropa İttifaqı arasında memorandum imzalanmışdır. Bu sənədə görə 2017-ci ildən "Şahdəniz" yatağından hasil olunacaq 16 milyard kubmetr qazın 10 milyardı Avropaya, qalanı isə Türkiyəyə ixrac olunmalıdır. Qəzet bildirir ki, Nabukko konsorsiumuna daxil olan şirkətlər kəmərə investisiya qoymağa başlamaq üçün ixracatçı dövlətlərlə müqavilələr bağlamaq istəyirlər. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) nümayəndəsi Elşad Nəsirov son qərarın ilin sonunadək veriləcəyini bildirir.

Daha sonra məqalədə Nabukko layihəsinin digər mümkün iştirakçısı Türkmənistandan söhbət gedir.

 

 

Vüqar SEYİDOV,

AzərTAc-ın xüsusi müxbiri

Berlin

 

Azərbaycan.- 2011.-25 iyun.- S. 7.