Azərbaycan Prezidenti İlham Əliyev Milanın "İnter"
futbol klubunun prezidenti və sahibi Massimo Morattini qəbul etmişdir
Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyev iyunun 25-də Milanın "İnter"
futbol klubunun prezidenti və sahibi Massimo Morattini qəbul etmişdir.
Görüşdə Azərbaycanda idmanın
inkişafı sahəsində
görülən işlərdən
danışılmış, ölkəmizin beynəlxalq
səviyyədə idmanla
bağlı əldə
etdiyi uğurlar qeyd edilmiş və Azərbaycanın beynəlxalq idman əlaqələrinin genişləndirilməsi
işinə töhfə
verdiyi vurğulanmışdır.
AzərTAc
Azərbaycan.- 2011.-26 iyun.- S. 1.