Müdafiə Nazirliyinin şəxsi heyəti ümummilli lider Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını
ziyarət etmişdir
Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaradılmasının 93-cü ildönümü münasibətilə iyunun 25-də müdafiə naziri, general-polkovnik Səfər Əbiyev və Müdafiə Nazirliyinin şəxsi heyəti Fəxri xiyabana gələrək, müasir Azərbaycan dövlətinin memarı və qurucusu, ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla yad etmiş, məzarı önünə əklil qoymuşlar.
Sonra onlar Şəhidlər xiyabanına gedərək, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini anmış, "Əbədi məşəl" abidəsinin önünə əklil qoymuşlar.
AzərTAc
Azərbaycan.- 2011.-26
iyun.- S. 5.