Azərbaycanın Fövqəladə
Hallar Nazirliyinin nümayəndə heyəti Fransada səfərdə
olmuşdur
Fransanın nəqliyyat üzrə dövlət katibi Tierri Marianinin dəvəti ilə Azərbaycanın fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərovun rəhbərlik etdiyi nümayəndə heyəti iyunun 22-dən 24-dək Fransada işgüzar səfərdə olmuşdur.
Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, səfər zamanı nümayəndə heyəti Fransa Aeronavtika və Kosmos Sənayeləri Qrupu tərəfindən təşkil edilən 49-cu Beynəlxalq Aeronavtika və Kosmos Salonu sərgisində iştirak etmiş, bir sıra ölkələrin şirkətlərinin nümayiş etdirdikləri texnika və avadanlıqla yaxından tanış olmuşdur.
Həmçinin səfər çərçivəsində Fransanın nəqliyyat üzrə dövlət katibi Tierri Mariani ilə Azərbaycanın Fövqəladə Hallar Nazirliyinin nümayəndə heyəti arasında görüş olmuş və qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.
Azərbaycan.- 2011.-26
iyun.- S. 6.