Florida ştatının Mayami-Deyd
dairəsində mayın 28-i "Azərbaycanın milli bayram
günü" elan edilmiş və Qarabağ Azərbaycanın
tərkib hissəsi kimi tanınmışdır
Amerikanın şəhərləri və ştatları tərəfindən Qarabağın Azərbaycanın ayrılmaz tərkib hissəsi kimi tanınmasından ibarət zəfər yürüşü davam edir. Florida ştatının Mayami-Deyd dairəsi mayın 28-ni Azərbaycanın milli bayram günü elan etmişdir.
Bununla əlaqədar qəbul edilmiş proklamasiyada qeyd olunur ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü, suverenliyi və müstəqilliyi BMT tərəfindən qəbul edilmişdir, onun ərazisi 33.440 kvadratmil (88.610 kvadratkilometr) olmaqla Qarabağ regionunu və Naxçıvan eksklavını da əhatə edir.
Bir məqam xüsusilə vacibdir ki, Qarabağa münasibətdə "anklav" deyil, "region" terminindən istifadə edilmiş, Naxçıvan isə haqlı olaraq eksklav adlandırılmışdır.
Mayami-Deyd dairəsinin proklamasiyasında Florida ştatının ictimai həyatında Azərbaycan-Amerika Şurasının rolu da vurğulanır.
Pərvanə QARAYEVA,
AzərTAc-ın xüsusi
müxbiri
Azərbaycan.- 2011.-26 iyun.- S.
7.