Prezident İlham Əliyev Pakistanın Azərbaycandakı səfiri Əbdul Həmidi fəaliyyət müddətinin başa çatması ilə əlaqədar qəbul etmişdir

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 28-də Pakistan İslam Respublikasının ölkəmizdəki səfiri Əbdul Həmidi fəaliyyət müddətinin başa çatması ilə əlaqədar qəbul etmişdir.

Səfir Əbdul Həmid ölkəmizdəki diplomatik fəaliyyəti dövründə Azərbaycan xalqının Pakistana böyük hörmət ehtiramın şahidi olduğunu dedi. Pakistanlı diplomat səfir kimi fəaliyyətinə yaradılan yüksək şəraitə görə Azərbaycan hökumətinə şəxsən Prezident İlham Əliyevə minnətdarlığını bildirdi.

Ölkələrimiz arasında ikitərəfli əlaqələrin uğurla inkişaf etdiyini vurğulayan Prezident İlham Əliyev bu münasibətləri müttəfiq ölkələr arasında olan münasibətlər kimi qiymətləndirdi əlaqələrimizin bundan sonra da inkişaf edəcəyinə əminliyini bildirdi. Səfir Əbdul Həmidin ikitərəfli münasibətlərimizin inkişafına verdiyi töhfəni yüksək qiymətləndirən dövlətimizin başçısı ona gələcək fəaliyyətində uğurlar arzuladı.

 

 

AzərTAc

 

Azərbaycan.- 2011.-29  iyun.- S.  4.