Azərbaycan Respublikası
Prezidentinin 2008-ci il 15
sentyabr tarixli 3043 nömrəli Sərəncamı
ilə təsdiq edilmiş "2008-2015-ci illərdə
Azərbaycan Respublikasında
yoxsulluğun azaldılması
və davamlı inkişaf Dövlət Proqramı"nın həyata keçirilməsi
üzrə Tədbirlər
Planının (2011- 2015-ci illər)"
təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 3-cü bəndini rəhbər tutaraq qərara alıram:
1. 2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramına 3 nömrəli əlavə olaraq "2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı"nın həyata keçirilməsi üzrə Tədbirlər Planı (2011-2015-ci illər)" təsdiq edilsin (əlavə olunur).
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu sərəncamdan irəli gələn məsələləri həll etsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri,
28 iyun 2011-ci il
Azərbaycan.- 2011.-29
iyun.- S. 5.