N.F.Qasımovaya
Azərbaycan Respublikası
Prezidentinin fərdi təqaüdünün verilməsi
haqqında
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq və "Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün təsis edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 11 iyun tarixli 715 nömrəli Fərmanına uyğun olaraq qərara alıram:
1. Azərbaycan musiqi sənətinin inkişafındakı xidmətlərinə görə Nisə Fətulla qızı Qasımovaya Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü verilsin.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu sərəncamdan irəli gələn məsələləri həll etsin.
İlham Əliyev,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri,
28 iyun 2011-ci il
Azərbaycan.- 2011.-29 iyun.- S.
5.