“Əmək miqrasiyası haqqında» Azərbaycan Respublikası
Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası
Prezidentinin 2000-ci il 15
yanvar tarixli 250 nömrəli Fərmanında
dəyişikliklər edilməsi
haqqında
Azərbaycan Respublikası
Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. “Əmək miqrasiyası haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 15 yanvar tarixli 250 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, ¹1, maddə 29; 2004, ¹1, maddə 19; 2008, ¹3, maddə 168, ¹6, maddə 482, ¹9, maddə 798; 2009, ¹7, maddə 532) 2-ci bəndində aşağıdakı dəyişikliklər edilsin:
1.1. dördüncü abzasda “5-ci maddəsinin birinci və dördüncü hissələrində,” sözləri çıxarılsın, “16-cı maddəsinin birinci, ikinci və üçüncü hissələrində” sözləri “16-cı maddəsinin birinci (Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə işə düzəlmələrində vasitəçilik fəaliyyətinə xüsusi razılığın verilməsi sahəsində) və üçüncü hissələrində” sözləri ilə əvəz edilsin;
1.2. beşinci abzas aşağıdakı redaksiyada verilsin:
«həmin Qanunun 5-ci maddəsinin birinci hissəsinin ikinci cümləsində, 6-cı maddəsinin ikinci hissəsində, 8-ci maddəsinin üçüncü hissəsində, 16-cı maddəsinin birinci (Azərbaycan Respublikası ərazisində əcnəbi işçi qüvvəsini cəlb etmək və ondan istifadə etmək üçün icazənin və əcnəbinin Azərbaycan Respublikası ərazisində haqqı ödənilən əmək fəaliyyətini həyata keçirməsi üçün fərdi icazənin verilməsi sahəsində) və ikinci hissələrində nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti orqanı»nın səlahiyyətlərini Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti həyata keçirir; »;
1.3. yeddinci abzasda “həmin Qanunun” sözlərindən sonra “5-ci maddəsinin dördüncü hissəsində,” sözləri əlavə edilsin;
1.4. səkkizinci abzas aşağıdakı redaksiyada verilsin:
“həmin Qanunun
16-cı maddəsinin birinci
və ikinci hissələrində nəzərdə
tutulmuş icazələrin
verilməsi və onların müddətinin
uzadılması Azərbaycan
Respublikası Əmək
və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəyi nəzərə alınmaqla
həyata keçirilir.”
2. Azərbaycan
Respublikasının Nazirlər
Kabineti iki ay müddətində:
2.1. Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
2.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin aktlarının bu Fərmana uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
2.3. müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
2.4. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.
İlham Əliyev,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri,
25 iyun 2011-ci il.
Azərbaycan.- 2011.- 29 iyun.- S.
5.