Miqrasiya proseslərinin idarə olunmasındabir pəncərəprinsipinin tətbiqi haqqındaAzərbaycan Respublikası Prezidentinin 2009-cu il 4 mart tarixli 69 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə

 

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Miqrasiya proseslərinin idarə olunmasındabir pəncərəprinsipinin tətbiqi haqqındaAzərbaycan Respublikası Prezidentinin 2009-cu il 4 mart tarixli 69 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009, ¹3, maddə 161) aşağıdakı dəyişikliklər edilsin:

1. 3.1-ci bəndəicazələrinsözündən sonra “, habelə Azərbaycan Respublikasının ərazisində haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq üçün fərdi icazələrinsözləri əlavə edilsin.

2. 3.2-ci bənd aşağıdakı redaksiyada verilsin:

“3.2. Əcnəbilərə vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq üçün fərdi icazələrin verilməsi; ”.

3. 4-cü bənd çıxarılsın.

 

 

İlham Əliyev,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 25 iyun 2011-ci il.

 

Azərbaycan.- 2011.-29 iyun.- S.  5.