Azərbaycan Respublikası
Prezidentinin 2007-ci il 28
sentyabr tarixli 634 nömrəli Fərmanı
ilə təsdiq edilmiş “İnzibati xətalar haqqında işlərə baxmağa
səlahiyyəti olan vəzifəli şəxslərin
Siyahısı”nda dəyişiklik edilməsi
barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan
Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini
rəhbər tutaraq, “Azərbaycan Respublikasının
İnzibati Xətalar Məcəlləsində dəyişikliklər
edilməsi haqqında” Azərbaycan Respublikasının 2011-ci
il 31 may tarixli 135-IVQD nömrəli Qanununun icrası ilə əlaqədar
qərara alıram:
Azərbaycan
Respublikası Prezidentinin 2007-ci il 28 sentyabr tarixli 634 nömrəli
Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2007, ¹ 9, maddə 872; 2008, ¹ 3, maddələr 169, 186, ¹
5, maddə 364, ¹ 6, maddələr 483, 504, ¹ 12, maddə 1057;
2009, ¹ 2, maddələr 59, 69, 73, ¹ 5, maddə 321, ¹ 6, maddə
421; 2010, ¹ 2, maddə 80, ¹ 3, maddələr 180, 184, 193, ¹ 6, maddə
494, ¹ 7, maddə 606, ¹ 8, maddə 716, ¹ 10, maddə 849) ilə təsdiq
edilmiş “İnzibati xətalar haqqında işlərə
baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin
Siyahısı”nın 2.3-cü bəndində “151.1-ci,
153.1-153.4-cü maddələrində, 154.1-ci maddəsində
(fiziki şəxslər barəsində), 155.1-ci, 155.2-ci,
155.6-cı” sözləri “151.1-151.3-cü, 152.1-152.3-cü,
152-1.1-ci, 152-1.2-ci, 152-2.1-ci, 153.1-153.5-ci maddələrində,
154.1-ci maddəsində (fiziki şəxslər barəsində),
155.1-155.3-cü, 155.6-cı, 156-cı, 156-1-ci” sözləri ilə
əvəz edilsin.
İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 25 iyun 2011-ci il.
Azərbaycan.- 2011.-29 iyun.- S.
5.