Azərbaycan Respublikasının
1999-cu il 22 iyun tarixli 691-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Hakimlərin xidməti vəsiqəsi haqqında Əsasnamə”də dəyişiklik edilməsi
barədə
Azərbaycan Respublikasının Qanunu
Azərbaycan
Respublikasının Milli Məclisi Azərbaycan Respublikası
Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 5-ci bəndinə
əsasən, “Məhkəmələr və hakimlər
haqqında” və “Məhkəmə-Hüquq Şurası
haqqında” Azərbaycan Respublikasının qanunlarına dəyişikliklər
və əlavələr edilməsi barədə” Azərbaycan
Respublikasının 2010-cu il 22 iyun tarixli 1043-IIIQD nömrəli
Qanununa uyğun olaraq qərara alır:
Azərbaycan
Respublikasının 1999-cu il 22 iyun tarixli 691-IQ nömrəli
Qanunu ilə təsdiq edilmiş “Hakimlərin xidməti vəsiqəsi
haqqında Əsasnamə”nin (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 1999-cu il, ¹ 7, maddə 403; 2005-ci il, ¹ 10, maddə
876; 2007-ci il, ¹ 7, maddə 712) 4-cü bəndi
aşağıdakı redaksiyada verilsin:
“4. Azərbaycan
Respublikası məhkəmələri hakimlərinin xidməti
vəsiqələrinin nümunələrini bu Əsasnamənin
tələblərini nəzərə almaqla, Məhkəmə-Hüquq
Şurası təsdiq edir.”.
İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 10 iyun 2011-ci il.
Azərbaycan.- 2011.- 29 iyun.- S.
5.