Heydər Əliyev adına Ali Hərbi Məktəbdə kursantların növbəti buraxılış mərasimi keçirilmişdir

 

Heydər Əliyev adına Ali Hərbi Məktəbdə kursantların növbəti buraxılış mərasimi keçirilmişdir.

AzərTAc xəbər verir ki, müdafiə naziri Səfər Əbiyev məzun və onların valideynlərinə Azərbaycan Prezidenti İlham Əliyevin təbriklərini çatdırmışdır.

Ali Hərbi Məktəbin 11-ci buraxılışında çıxış edən nazir günü-gündən güclənən Azərbaycan ordusunda maddi-texniki təminat və peşəkarlıq səviyyəsinin artdığını bildirmişdir. Qeyd etmişdir ki, ölkə siyasətinin əsasını təşkil edən ordu quruculuğuna böyük vəsait ayrılır. Dövlət qayğısı sayəsində hərbçilərin vəzifə maaşları 10-25 faiz artırılmışdır. Azərbaycan ordusunda Qərb strategiyasının tətbiq edilməsi məqsədilə Ali Hərbi Məktəbdə müdafiə strategiyası və planlaşdırması kimi ixtisaslar yaradılmışdır.

S.Əbiyev zabitlərimizin NATO-nun təlimlərinə uğurla qatıldığını qeyd etmiş, məzunların valideynlərini təbrik etmiş, ordu sıralarına daxil olan gənc hərbçilərə zabit adını vüqarla daşımağı arzulamışdır.

 

 

Azərbaycan.- 2011.-29  iyun.- S.  6.