Astana görüşlərində
Azərbaycanın BMT Təhlükəsizlik Şurasına
qeyri-daimi üzvlüyünə namizədliyinin dəstəklənməsi
məsələsi müzakirə olunmuşdur
İyunun 27-dən 28-dək Qazaxıstanın paytaxtı Astanada keçirilən İslam Konfransı Təşkilatının (İKT) Xarici İşlər Nazirlərinin (XİN) 38-ci sessiyası çərçivəsində Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov bir sıra görüşlər keçirmişdir.
XİN-in mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, iyunun 28-də E.Məmmədyarov Əfqanıstan, Mərakeş, Seneqal, Qırğızıstan, Malayziya, İndoneziya və Qazaxıstanın xarici işlər nazirləri ilə görüşmüşdür.
Görüşlərdə
2012-2013-cü illərdə Azərbaycanın BMT Təhlükəsizlik
Şurasına qeyri-daimi üzvlüyünə namizədliyinin
dəstəklənməsi, ikitərəfli münasibətlər
və qarşılıqlı maraq doğuran digər məsələlər
müzakirə edilmişdir.
Azərbaycan.- 2011.- 29 iyun.- S. 6.