“Məhkəmə-Hüquq Şurası haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə

 

 Azərbaycan Respublikasının Qanunu

 

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 5-ci bəndinə əsasən, “Məhkəmələr hakimlər haqqında” “Məhkəmə-Hüquq Şurası haqqında” Azərbaycan Respublikasının qanunlarına dəyişikliklər əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının 2010-cu il 22 iyun tarixli 1043-IIIQD nömrəli Qanununa uyğun olaraq qərara alır:

“Məhkəmə-Hüquq Şurası Haqqında” Azərbaycan Respublikası Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, ¹ 1, maddə 8, ¹ 8, maddə 686; 2006-cı il, ¹ 1, maddə 4; 2007-ci il, ¹ 4, maddə 321; 2010-cu il, ¹ 7, maddə 596; 2011-ci il, ¹ 2, maddə 71) aşağıdakı dəyişikliklər edilsin:

1. 11.0.4-cü 12.0.4-cü maddələrdə “ağır cinayətlərə dair işlər üzrə məhkəmələrin” sözləri “ağır cinayətlər məhkəmələrinin” sözləri ilə əvəz edilsin.

2. aşağıdakı məzmunda 11.0.10-1-ci maddə əlavə edilsin:

“11.0.10-1. hakimlərin vəsiqələrinin nümunələrini təsdiq edir;”.

 

 

İlham Əliyev,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 10 iyun 2011-ci il .

 

Azərbaycan.- 2011.-30  iyun.- S.  4.