Azərbaycan Respublikasının
İnzibati Prosessual Məcəlləsində dəyişikliklər
edilməsi haqqında
Azərbaycan Respublikasının Qanunu
Azərbaycan
Respublikasının Milli Məclisi Azərbaycan Respublikası
Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 5-ci və
6-cı bəndlərinə əsasən, “Məhkəmələr
və hakimlər haqqında” və “Məhkəmə-Hüquq
Şurası haqqında” Azərbaycan Respublikasının
qanunlarına dəyişikliklər və əlavələr
edilməsi barədə” Azərbaycan Respublikasının
2010-cu il 22 iyun tarixli 1043-IIIQD nömrəli Qanununa uyğun
olaraq qərara alır:
Azərbaycan
Respublikasının İnzibati Prosessual Məcəlləsində
(Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il,
¹ 10, maddə 762, ¹ 12, maddə 973; 2010-cu il, ¹ 7, maddə 587)
aşağıdakı dəyişikliklər edilsin:
1. 2.1-ci maddədə
“inzibati və iqtisadi mübahisələrə dair işlər
üzrə məhkəmələr və inzibati və iqtisadi
mübahisələrə dair işlər üzrə məhkəmə
kollegiyaları” sözləri “inzibati-iqtisadi məhkəmələr
və inzibati-iqtisadi kollegiyalar” sözləri ilə əvəz
edilsin.
2. 3-cü maddədə:
2.1. maddənin adında
və 3.5-ci maddədə “İnzibati və iqtisadi mübahisələrə
dair işlər üzrə” sözləri “İnzibati-iqtisadi”
sözləri ilə əvəz edilsin;
2.2. 3.1-ci və 3.8-ci
maddələrdə “inzibati və iqtisadi mübahisələrə
dair işlər üzrə” sözləri “inzibati-iqtisadi”
sözləri ilə əvəz edilsin;
2.3. 3.2-ci maddədə
“inzibati və iqtisadi mübahisələrə
dair işlər üzrə məhkəmə”
sözləri “inzibati-iqtisadi”
sözləri ilə əvəz edilsin və həmin maddəyə aşağıdakı
məzmunda ikinci cümlə əlavə edilsin:
“Apellyasiya
instansiyası məhkəmələri
tərəfindən inzibati
mübahisələrə birinci
instansiya üzrə baxılması zamanı, bu Məcəllənin XV,
XVI, XVII fəsillərində başqa qayda nəzərdə tutulmadığı
hallarda, birinci instansiya məhkəməsində
icraatla bağlı bu Məcəllədə müəyyən edilmiş
müvafiq prosessual qaydalar tətbiq olunur.”;
2.4. 3.3-cü, 3.4-cü və 3.6-cı maddələrdə
“inzibati və iqtisadi mübahisələrə
dair işlər üzrə məhkəmə”
sözləri “inzibati-iqtisadi”
sözləri ilə əvəz edilsin.
3. 5-ci maddənin
adında və mətnində “İnzibati
və iqtisadi mübahisələrə dair
işlər üzrə”
sözləri “İnzibati-iqtisadi”
sözləri ilə əvəz edilsin.
4. 6-cı maddə
aşağıdakı redaksiyada
verilsin:
“Maddə 6. İnzibati-iqtisadi
məhkəmələrdə və kollegiyalarda iş bölgüsü
İnzibati-iqtisadi məhkəmələrdə və
kollegiyalarda işlərin
bölüşdürülməsi kargüzarlıq qaydalarına
uyğun aparılır.
5. Aşağıdakı
məzmunda 8.1.3-1-ci maddə
əlavə edilsin:
“8.1.3-1. Azərbaycan
Respublikasının bayrağı
altında üzən
dəniz gəmisinin və ya daxili
səfər gəmisinin
kapitanının vəsiyyətnamənin
təsdiqi ilə əlaqədar hərəkəti
və ya hərəkətsizliyi, yaxud
onu təsdiq etməkdən imtina etməsi ilə bağlı iddialara həmin gəminin qeydiyyatda olduğu limanın yerləşdiyi
yerin məhkəməsi
tərəfindən baxılır.”.
6. 8.6-cı maddənin
birinci cümləsində
“İnzibati və iqtisadi mübahisələrə
dair işlər üzrə” sözləri
“İnzibati-iqtisadi” sözləri
ilə, birinci və ikinci cümləsində “inzibati
və iqtisadi mübahisələrə dair
işlər üzrə
məhkəmə” sözləri
“inzibati-iqtisadi” sözləri
ilə əvəz edilsin.
7. 81.1-ci maddənin
birinci cümləsində
“İnzibati və iqtisadi mübahisələrə
dair işlər üzrə” sözləri
“İnzibati-iqtisadi” sözləri
ilə, ikinci cümləsində “inzibati
və iqtisadi mübahisələrə dair
işlər üzrə
məhkəmə” sözləri
“inzibati-iqtisadi” sözləri
ilə əvəz edilsin.
8. 81.3-cü və
90.3-cü maddələrdə “şikayətin verilməsinin
formasına və məzmununa dair tələblər, müvafiq
prosessual qaydalar” sözləri “müvafiq prosessual qaydalar, o cümlədən iddia ərizəsinin formasına
və məzmununa dair tələblər” sözləri ilə əvəz edilsin.
9. 86.3-cü maddədə
“İnzibati və iqtisadi mübahisələrə
dair işlər üzrə” sözləri
“İnzibati-iqtisadi” sözləri
ilə əvəz edilsin.
10. 83.1-ci, 85.1-ci, 86.1-ci,
87.7.1-ci, 87.7.2-ci və 98.5-ci maddələrdə “inzibati
və iqtisadi mübahisələrə dair
işlər üzrə”
sözləri “inzibati-iqtisadi”
sözləri ilə əvəz edilsin.
11. 87.7-ci maddənin
ikinci cümləsində
“inzibati və iqtisadi mübahisələrə
dair işlər üzrə müvafiq” sözləri “müvafiq inzibati-iqtisadi” sözləri
ilə əvəz edilsin.
12. 90.1-ci, 98.2-ci, 98.4-cü maddələrdə və
98.6-cı maddənin birinci
cümləsində “inzibati
və iqtisadi mübahisələrə dair
işlər üzrə
məhkəmə” sözləri
“inzibati-iqtisadi” sözləri
ilə əvəz edilsin.
13. 129-cu maddə
çıxarılsın.
İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri,
10 iyun 2011-ci il.
Azərbaycan.- 2011.- 30
iyun.- S. 4.