“Azərbaycan Respublikası Dövlət
Sosial Müdafiə Fondunun 2011-ci il büdcəsi haqqında” Azərbaycan Respublikasının
Qanununda dəyişikliklər
edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu
Azərbaycan
Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının
95-ci maddəsinin I hissəsinin 5-ci bəndini rəhbər
tutaraq q ə r a r a a l ı r:
“Azərbaycan
Respublikası Dövlət Sosial Müdafiə Fondunun 2011-ci il
büdcəsi haqqında” Azərbaycan Respublikasının
Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2011-ci il, ¹ 11, maddə 946) aşağıdakı dəyişikliklər
edilsin:
1. 1-ci maddə
aşağıdakı redaksiyada verilsin:
“Maddə 1. Azərbaycan
Respublikası Dövlət Sosial Müdafiə Fondunun 2011-ci il
büdcəsinin gəlirləri 2165540000,0 manat, xərcləri
2165540000,0 manat məbləğində təsdiq edilir.”.
2. 2-ci maddədəki cədvəlin
3-cü bəndində “691000000,0” rəqəmləri
“886000000,0” rəqəmləri ilə əvəz edilsin.
3. 3-cü maddədəki
cədvəlin 1-ci bəndində “1916980000,0” rəqəmləri
“2111980000,0” rəqəmləri ilə, 1.1-ci yarımbəndində
“1852430000,0” rəqəmləri “2047430000,0” rəqəmləri
ilə əvəz edilsin və həmin yarımbəndə
aşağıdakı məzmunda dördüncü abzas əlavə
edilsin:
2010-cu il
yanvarın 1-dək pensiyaya
çıxmış şəxslərin
pensiyalarının yenidən
hesablanması nəticəsində
pensiya artımı ilə bağlı əlavə xərclər 195000000,0
İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri,
27 may 2011-ci il.
Azərbaycan.- 2011.- 30 iyun.- S. 4.