Səfər başa çatdı

 

Fələstin Dövlətinin Prezidenti Mahmud Abbasın Azərbaycan Respublikasına rəsmi səfəri iyunun 29-da başa çatmışdır.

Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü. Fələstin Dövlətinin Prezidenti Mahmud Abbası hava limanında Azərbaycan Respublikası Baş nazirinin müavini Elçin Əfəndiyev və digər rəsmi şəxslər yola saldılar.

 

 

AzərTAc

 

Azərbaycan.- 2011.- 30 iyun.- S.  7.