Dövlət Sosial Müdafiə Fondu ilə Moldovanın Milli Sosial Sığorta Kassası arasında əməkdaşlıq haqqında protokol imzalanmışdır

 

İyunun 29-da Bakıda Azərbaycanın Dövlət Sosial Müdafiə Fondu (DSMF) ilə Moldovanın Milli Sosial Sığorta Kassası (MSSK) arasında məcburi dövlət sosial sığortası sahəsində əməkdaşlıq haqqında protokol imzalanmışdır.

Sənədi DSMF-nin sədri Səlim Müslümov və MSSK-nın prezidenti xanım Mariya Borta imzalamışlar.

Protokol barədə məlumat verən Səlim Müslümov demişdir: "Bu sənəd hər iki tərəfin üzərinə müəyyən öhdəliklər qoyur. Sənədə görə, tərəflər qısa müddətdə Azərbaycan və Moldova arasında pensiya təminatı sahəsində ikitərəfli saziş layihəsi hazırlamalı və bunu müvafiq dövlətlərin hökumətlərinə təqdim etməlidirlər. Əmək miqrantlarının sosial müdafiəsi üçün tərəflər arasında bu müqavilənin imzalanması vacibdir".

 

 

AzərTAc

 

Azərbaycan.- 2011.- 30 iyun.- S. 7.