Moskvada MDB-nin 20 illiyinə həsr
olunan dövlətlərarası sərgi
açılmışdır
Moskvada Ümumrusiya Sərgi Mərkəzində Müstəqil Dövlətlər Birliyinin 20 illiyinə həsr olunan dövlətlərarası sərgi açılmışdır.
Sərgidə MDB-yə üzv ölkələrdən rəsmi şəxslərlə yanaşı, müxtəlif sahələrdə fəaliyyət göstərən iş adamları iştirak edirlər.
İyulun 3-dək davam edəcək sərgidə 40-a yaxın Azərbaycan şirkətinin 250 çeşiddən çox məhsulları nümayiş etdirilir. Azərbaycanın milli pavilyonunda sənaye kənd təsərrüfatı, yanacaq-energetika, informasiya texnologiyaları, mədəniyyət, turizm və digər sahələrə dair stendlər təşkil olunmuşdur. Sərgi iştirakçılarına ölkəmizin iqtisadi uğurları barədə müxtəlif çap materialları da paylanmışdır.
Ölkəmizin müstəqillik illərində sosial-iqtisadi, mədəni və digər sahələrdə qazandığı uğurları əks etdirən stendlər sərgi iştirakçıları, eləcə də Moskva sakinləri və qonaqları tərəfindən böyük maraqla qarşılanır.
Sərgi
çərçivəsində keçiriləcək "Azərbaycan
Milli Günü"ndə isə milli musiqimiz, beynəlxalq
müsabiqələrdə qazanılmış uğurlar
nümayiş etdiriləcək.
Azərbaycan.- 2011.- 30 iyun.- S.
11.