Azərbaycan Prezidenti İlham Əliyev Xorvatiya Ali Məhkəməsinin
sədri Branko Hrvatinin başçılıq
etdiyi nümayəndə
heyətini qəbul etmişdir
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 28-də Xorvatiya Ali Məhkəməsinin sədri Branko Hrvatinin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.
Dövlətimizin başçısı ölkələrimiz arasında əlaqələrin uğurla inkişaf etdiyini bildirdi. Özünün Xorvatiyaya, Xorvatiyanın keçmiş Prezidenti Stepan Mesiçin ölkəmizə səfərini xatırladan dövlətimizin başçısı ikitərəfli münasibətlərimizin inkişafında yüksək səviyyəli qarşılıqlı səfərlərin önəmini qeyd etdi. Prezident İlham Əliyev Azərbaycanın Xorvatiya ilə müxtəlif sahələrdə əlaqələri inkişaf etdirməkdə maraqlı olduğunu dedi. Dövlətimizin başçısı İlham Əliyev Xorvatiya Ali Məhkəməsinin sədri Branko Hrvatinin ölkəmizə səfərinin əlaqələrimizin inkişafı baxımından önəmli olacağına əminliyini bildirdi.
Ölkəmizə səfərindən məmnunluğunu bildirən qonaq hakimiyyətin mühüm qolu olan məhkəmə hakimiyyətləri arasında əlaqələr yaratmağın əhəmiyyətli olduğunu dedi. Xorvatiya Ali Məhkəməsinin sədri azərbaycanlı həmkarları ilə yaxşı əməkdaşlıq əlaqələri yarada biləcəklərinə və davam etdirəcəklərinə əminliyini ifadə etdi.
AzərTAc
Azərbaycan.- 2011.-1 mart.- S.2.