Meksikanın və Kosta Rikanın nüfuzlu qəzetlərində
Xocalı faciəsindən
bəhs edən məqalələr dərc
edilmişdir
Fevralın 25-də Kosta Rikada dərc olunan "
Azərbaycanın Meksikadakı səfirliyindən AzərTAc-a bildirmişlər ki, səfir İ.Muxtarovun məqalələrində Xocalı faciəsinin təfərrüatları, erməni işğalçılarının dinc əhaliyə qarşı törətdikləri vəhşiliklər, Ermənistanın Azərbaycana hərbi təcavüzünün nəticələrindən bəhs olunur. Həmin məqalələrdə beynəlxalq mətbuatın və İnsan Hüquqları institutlarının Xocalı qətliamı barədə məlumatlarına istinad edilmişdir.
Bildirilir ki, Xocalı soyqırımına görə məsuliyyət daşıyan şəxslər cəzalandırılmasa, bu cür faciələr gələcəkdə təkrarlana bilər. Bunun qarşısını almaq məqsədilə dünyanın hər bir ölkəsində fəaliyyət göstərən Azərbaycan icmaları beynəlxalq ictimaiyyəti insanlığa qarşı ən dəhşətli cinayətlərdən biri olan Xocalı soyqırımına hüquqi qiymət verməyə çağırır. Azərbaycanda bir milyondan çox qaçqın və məcburi köçkün, o cümlədən Xocalı sakinləri Ermənistanın cinayət məsuliyyətinə cəlb olunması üçün hər il beynəlxalq ictimaiyyətə müraciət edirlər.
"
Azərbaycan.- 2011.-1 mart.- S. 7.