Ermənilərin Xocalıda törətdiyi vəhşiliklər
haqqında məqalə
İsveçin aparıcı
xəbər saytında
dərc edilmişdir
İsveçdə ən çox müraciət edilən, İsveç siyasətçiləri və ölkənin ekspertlər birliyinin nümayəndələri arasında çox populyar xəbər və analitik saytlardan olan newsmill.se nəşrində İra Bağırovanın Xocalı soyqırımından bəhs edən "Parlament nə vaxta qədər erməni lobbisinin çaldığı havaya oynayacaqdır?" sərlövhəli məqaləsi yerləşdirmişdir.
Müəllif yazır ki, isveçli vergi ödəyicilərindən biri kimi bir fakt onu çox hiddətləndirir: parlamentin bəzi deputatları öz vaxtlarını və xalqın pullarını İsveçdən uzaq və isveçlilərə yabançı bir ölkə olan Ermənistanın mənafelərinin qorunmasına öz vətəninin mənafelərindən daha çox vaxt və pul sərf edir. Əgər bu deputatlar Ermənistanın problemlərinə və onun uydurduğu "soyqırımı" məsələsinə görə bu qədər narahatlıq keçirirlərsə, onlar 19 il bundan əvvəl Azərbaycanın kiçik Xocalı şəhərində baş vermiş hadisələrlə nə üçün maraqlanmırlar? Bu, onların bir şeyi başa düşməsinə kömək edərdi ki, öz seçicilərinin ehtiyaclarına qayğı göstərmək əvəzinə, insanlığa qarşı cinayətlər törətməkdə və qonşu dövlətin ərazisini işğal etməkdə təqsirkar olan ölkənin maraqlarını müdafiə edirlər.
Məqalədə Ermənistanın indiki prezidenti Serj Sarkisyanın bir etirafına da istinad edilir ki, ermənilər həqiqətən bu cinayəti törətmişlər. Müəllif İsveç ictimaiyyətinin nəzərinə çatdırır ki, Xocalı soyqırımı hələ də beynəlxalq birlik tərəfindən təhqiq edilməmişdir, cinayətkarları isə bu gün Ermənistanda "qəhrəmanlar" kimi alqışlayırlar.
"Xocalıya ədalət" beynəlxalq kampaniyası çərçivəsində dərc edilmiş məqalə İsveç dilində çapdan çıxmış və bu ölkənin siyasi isteblişmentinə ünvanlamışdır.
Məqalənin ünvanı:
http://www.newsmill.se/artikel/2011/02/26/hur-l-nge-skall-riksdagen-dansa-efter-den-armeniska-lobbyns-pipa
Məqalə ilə
tanış olmaq üçün, məsələn,
http://smartlinkcorp.com/translation-software/about.html
onlayn-tərcümə proqramlarından istifadə etmək
olar. Bu halda proqramın menyusunda İsveç dilindən rus
dilinə tərcümə variantını seçmək
lazımdır.
Pərvanə QARAYEVA,
AzərTAc-ın xüsusi müxbiri
Budapeşt
Azərbaycan.- 2011.-1 mart.- S. 7.