"Azərbaycan Respublikası
regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi
inkişafı Dövlət Proqramı"nın
icrasının ikinci ilinin yekunlarına həsr olunmuş
konfrans keçirilmişdir
Biz dünya
praktikasını yaxşı bilirik. Dünyada gedən prosesləri
də izləyirik. Görürük ki, özəl
sahibkarlığın inkişafı ölkələrin
ümumi inkişafını təmin edir. Düzdür,
Azərbaycanın zəngin neft-qaz ehtiyatları var və
düşünülmüş neft strategiyamız vardır.
Bu strategiya artıq öz bəhrəsini verir.
İqtisadiyyatımızın şaxələndirilməsi
işində bu amil deyə bilərəm ki, çox vacib rol
oynayıb. Əgər maliyyə
resurslarımız olmasaydı, biz xarici maliyyə
qurumlarının kreditlərinə daha çox bel
bağlamış olardıq. Bəzi
hallarda o kreditlərin alınmasında problemlər də
yaranır. Yəni ki, enerji sektoru, neft-qaz sənayesi
bizim üçün çox böyük dəstəkdir.
Ancaq təkcə bu sahə inkişaf etməklə
ölkə hərtərəfli inkişaf edə bilməz.
Bu bizim üçün böyük maliyyə mənbəyidir.
Bu, şübhəsiz, Azərbaycanın beynəlxalq
mövqelərini gücləndirən amillərdən biridir.
Bu gün
dünyada enerji təhlükəsizliyi məsələləri
gündəliyin ön planına çıxıbdır. Azərbaycan
isə artıq bütün lazımi tədbirləri
vaxtında görübdür. Zəngin
neft yataqlarımız, qaz yataqlarımız aşkarlanıb.
Çoxşaxəli boru kəməri
infrastrukturumuz vardı ki, resurslarımızı istənilən
istiqamətə nəql edə bilər və əslində nəql
edir. Bu gün bu reallıqdır. Biz artıq tam hazırlıqlı vəziyyətdəyik.
Biz bütün lazımi işləri
görmüşük və böyük sərmayələrin
qoyuluşuna da hazırıq.
Hesab edirəm ki, bu il və ondan sonrakı illərdə Azərbaycanın
energetika, neft-qaz, xüsusilə qaz sektoruna milyardlarla dollar vəsait
qoyulacaqdır. Həm ölkə
iqtisadiyyatı, həm də özəl sektor buna hazır
olmalıdır. Sirr deyil ki, neft
strategiyamızın icrası hesabına yüzlərlə Azərbaycan
şirkəti kontraktlar alıblar və o imkanlardan bəhrələniblər.
O şirkətlər neft sənayesində
görülmüş işlər hesabına maliyyə
imkanlarını genişləndiriblər. İndi
biz ikinci böyük investisiya qoyuluşunun
astanasındayıq. Artıq biz buna daha da
hazırıq. Sadəcə olaraq, mən özəl
sektora bildirmək istəyirəm ki, onlar da qoyulacaq bu
böyük investisiyaların icrasında fəal iştirak
etsinlər, xaricdən Azərbaycanın qaz sektoruna qoyulacaq
pulların böyük hissəsi Azərbaycan şirkətləri
tərəfindən öz həllini tapsın və Azərbaycan
şirkətləri bundan bəhrələnsinlər.
Ancaq bununla bərabər,
orta və kiçik sahibkarlığın, ölkəmizin gələcəyini
müəyyən edəcək sahibkarlığın
inkişafı, sadəcə olaraq, biznes mühitini
yaxşılaşdırmaq, yeni iş yerləri yaratmaq
üçün deyildir. Sahibkarlığın
inkişafı əslində çox böyük islahat deməkdir.
O islahat Azərbaycanda uğurla aparılır və yenə də
demək istəyirəm ki, iqtisadiyyatımızın mütləq
əksəriyyəti özəl sektorda formalaşır. Yəni
qısa müddət ərzində - müstəqillik
dövründə biz buna nail ola
bilmişik. Ancaq iqtisadi sahədə islahatlar
mütləq bütün başqa sahələrdə
islahatlarla tamamlanır. Yəni biz
işimizi təkcə iqtisadi islahatlarla məhdudlaşdıra
bilmərik. Bu mümkün də deyildir.
Bizim niyyətimiz
ölkəmizi müasirləşdirməkdir, müasir
dövlət yaratmaqdır. Ona görə Azərbaycanda
aparılan və aparılacaq islahatlar da çoxşaxəli
olmalıdır. İqtisadi islahatlar ölkə
iqtisadiyyatının liberallaşmasına, güclü özəl
sektorun yaranmasına gətirib çıxaracaq, insanlar daha da
yaxşı yaşayacaqlar. Sosial rifah artacaq,
iş yerləri, yerli sənaye yaranacaqdır. Mən
yaranacaq deyirəm, əslində bu yaranıb və
yaranmaqdadır. Azərbaycanda bütün
azadlıqlar tam şəkildə bərqərar olunacaqdır.
Yəni, sahibkarlığın inkişafı əslində
ölkəmizin hərtərəfli inkişafına,
müasirləşməsinə böyük təkan verir.
Bu gün Azərbaycanda
sahibkarlar sinfi yaranıb. Mən hesab edirəm ki, növbəti illərdə
özəl sektorda aparılan işlərin keyfiyyətinin
artırılması məsələlərinə daha da
böyük diqqət göstərilməlidir. Yenə də mən qayıdıram əvvəlki
sözlərimə. Azərbaycanın gələcək
iqtisadi inkişafı,- əgər biz
uzunmüddətli gələcəyə baxırıqsa,- daha
çox xarici bazarlara qoyulacaq vəsaitin hesabına həll
olunacaqdır. Azərbaycan bazarı müəyyən
dərəcədə məhduddur. Qonşu
ölkələrlə müqayisədə əlbəttə
ki, onlardan daha da kiçikdir. Ölkə əhalisi
artır. Artıq keçən il
doqquz milyonuncu vətəndaş dünyaya gəlibdir. Ancaq ölkə iqtisadiyyatı və ölkədə
yaranan maliyyə resursları tələb edir ki, biz xarici
bazarlara çıxaq. Xarici bazarlara isə
ancaq rəqabət qabiliyyətli məhsullarla çıxa bilərik.
Biz çalışmalıyıq ki, nəinki
xarici bazarlara çıxarmaq üçün, ölkə
daxilində istehlak olunan mallar da yüksək standartlara cavab
verməlidir.
Son illərdə
bölgələrə səfərlərim çərçivəsində
gördüyüm yeni müəssisələrin,
açılışında iştirak etdiyim yeni fabriklərin,
zavodların, mən çox şadam ki, hamısı demək
olar ki, dünya səviyyəsinə, standartlarına
uyğundur. Onlar beynəlxalq sertifikatlar alır. Avropa İttifaqına daxil olmaq üçün
sertifikatlar alınır. Yəni, biz bu
yolla getməliyik. Bununla bərabər, hesab edirəm ki,
növbəti iki il ərzində istehlak
olunan əsas məhsullar ölkədə istehsal
olunmalıdır. Biz bir il bundan əvvəl
bu barədə danışmışıq. Bu
gün görəcəyik hansı işlər
görülüb. Hələ ki, daxili
bazarı yüz faiz təmin edə bilmirik, ancaq biz buna
çalışmalıyıq.
Biz bilirik ki,
bazar iqtisadiyyatı və qloballaşma şəraitində bəlkə
də bu bir nömrəli vəzifə deyil, yaxud da ki
olmamalıdır. Çünki bütün ölkələr
bir-biri ilə bağlıdır. Azərbaycan
dünya iqtisadiyyatının bir parçasıdır. Ancaq biz onu da görürük ki, dünyada baş
verən proseslər, hadisələr, istər siyasi müstəvidə,
istər iqtisadi sahədə, kənd təsərrüfatı
sahəsində dünyanın müxtəlif yerlərində,
müxtəlif qitələrdə baş verən təbii fəlakətlər
də reallıqdır. İki-üç il
bundan əvvəl biz bunların bəlkə də on faizini
görürdük. Nadir hallarda baş verdi.
İndi demək olar ki, hər ay haradasa ya
daşqın, ya sel, ya yanğın baş verir. Özü də mövsümdən, coğrafi yerləşmədən
asılı olmayaraq. Bu, istər-istəməz
kənd təsərrüfatı istehsalına təsir göstərir.
Biz müəyyən dərəcədə,-
mən ərzaq məhsullarını nəzərdə tuturam,
- xarici idxaldan asılıyıq. Əgər belə
narahatedici məqamlar olmasaydı, biz bu barədə bəlkə
də söhbət açmazdıq. Nəyi
istehsal ediriksə edirik, nəyi istehsal edə bilmiriksə
xaricdən alırıq.
İndi xarici
bazarlarda neftin qiyməti 110 dolları ötübdür. Bəziləri
Azərbaycanda buna sevinə bilərlər. Amma burada sevinmək üçün heç bir əsas
yoxdur. Neftin 100 dollardan çox olan qiyməti
böyük problemlər yaradacaqdır. O cümlədən
bizim üçün də problemlər yarada bilər. Çünki hələ ki, biz müəyyən dərəcədə
idxaldan asılıyıq. Neftin
bahalaşması istehsal olunan bütün başqa məhsulların
bahalaşmasına gətirib çıxaracaq və o məhsul
Azərbaycana idxal ediləndə artıq onun qiyməti daha da
yüksək olacaqdır. Ona görə
indi siyasi proseslər belə cərəyan edir ki, gələcək
inkişafı, dünyada gedən prosesləri proqnozlaşdırmaq
bir qədər çətindir. Ona görə
biz öz ərzaq təhlükəsizliyimizi tam şəkildə
təmin etməliyik. Necə ki, enerji təhlükəsizliyimizi
artıqlaması ilə təmin etmişik. Bu gün Azərbaycan başqa ölkələrin
enerji təhlükəsizliyinin təmin edilməsində
mühüm rol oynayır və bu rol daha da artacaqdır.
Nəqliyyat təhlükəsizliyini təmin
edirik. Bu gün bütün yollar Azərbaycandan
keçir. Bizim coğrafi vəziyyətimiz
belədir. Biz güclü nəqliyyat
infrastrukturu yaradırıq. Artıq bu bizə
həm əlavə iqtisadi, həm də siyasi dividendlər gətirir.
Azərbaycanda ərzaq təhlükəsizliyi də
mütləq təmin edilməlidir. Bu barədə
biz bu gün danışacağıq.
Deyə bilərəm
ki, bütün bu məsələlər çox böyük
məna daşıyır. Bir daha demək istəyirəm
ki, biz sadəcə olaraq hansısa qısamüddətli
inkişaf planının icrası ilə deyil, ölkəmizin
uzunmüddətli strategiyasının hazırlanması ilə
məşğuluq. Bu gün, 10 ildən,
20 ildən sonra nələr baş verəcək? Azərbaycan hər bir çağırışa, hər
bir vəziyyətə hazır olmalıdır. Bizim imkanlarımız vardır. Bununla
bərabər, bizim düşünülmüş siyasətimiz
vardır. Biz dünyada gedən prosesləri
izləyirik, bilirik. Azərbaycan bu gün
regionun sabitliyi, iqtisadi və siyasi sabitliyin möhkəmləndirilməsi
üçün çox mühüm ölkəyə
çevrilibdir. Biz bunu siyasətimiz,
apardığımız islahatlar,
düşünülmüş addımlarımızla
etmişik. Bu gün Azərbaycan regional
faktor kimi dünya tərəfindən qəbul edilir. Azərbaycanın təsir imkanları artır.
Azərbaycanın gücü artır. Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik
bütün bu reallıqlara çatmaq üçün
mühüm rol oynamışdır. Eyni
zamanda, islahatlar, ölkəmizin liberallaşması, xoşagəlməz
hallara qarşı ciddi mübarizə, bizim strateji xəttimizdir.
İndi isə keçək müzakirələrə.
***
İqtisadi inkişaf naziri
Şahin Mustafayev çıxış edərək dedi:
- Möhtərəm cənab
Prezident!
Hörmətli konfrans
iştirakçıları!
Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyevin
iqtisadi siyasətinin prioritet istiqamətləri olan qeyri-neft
sektorunda irəliləyişin sürətləndirilməsi,
iqtisadiyyatın şaxələndirilməsi, regionların
tarazlı inkişafı, əlverişli biznes və investisiya
mühitinin formalaşdırılması, sahibkarlığa hərtərəfli
dəstək verilməsi, əhalinin maddi rifahının daha
da yüksəldilməsi nəticəsində ölkənin
sosial-iqtisadi tərəqqisi keyfiyyətcə yeni mərhələyə
qədəm qoymuş və ötən illərdə
olduğu kimi, 2010-cu ildə də əhəmiyyətli nailiyyətlər
əldə edilmişdir.
Ölkədə
makroiqtisadi sabitlik, strateji valyuta ehtiyatlarının
artımı və səmərəli istifadəsi, milli
valyutanın sabitliyi təmin edilmiş, sahibkarlığa
dövlət dəstəyi gücləndirilmiş, qeyri-neft
sektorunun inkişaf sürəti neft sektorunu üstələmişdir.
Ötən il ümumi daxili
məhsul 5 faiz, qeyri-neft sektoru 7,9 faiz, o cümlədən
qeyri-neft sənayesi 6,6 faiz artmış, əhalinin gəlirlərinin
çoxalması inflyasiya səviyyəsini 2 dəfədən
artıq üstələmiş, bütün regionlarda məhsul
istehsalının artımına nail olunmuşdur.
Ötən iki ildə
dünyada baş verən qlobal böhran fonunda Azərbaycanın
davamlı inkişafı, bütün sosial proqramların tam həcmdə
və vaxtında yerinə yetirilməsi iqtisadiyyatın
möhkəm təməllər üzərində
qurulduğunu və əsası xalqımızın
ümummilli lideri Heydər Əliyev tərəfindən
qoyulmuş milli iqtisadi inkişaf modelinin alternativsiz olduğunu
bir daha əyani şəkildə sübut etmişdir.
Bu nailiyyətlərin
əldə olunmasında, görülən işlərin
sistemliliyini təmin edən dövlət proqramlarının,
xüsusilə regionların sosial-iqtisadi inkişafına dair hər
iki proqramın əhəmiyyətli rolu vardır. İkinci proqramın
icrasını da şəxsi nəzarətinə götürən
dövlətimizin başçısı ötən il
regionlara 27 səfər edərək istehsal, nəqliyyat, təhsil,
səhiyyə, mədəniyyət, idman, turizm və digər
sahələr üzrə 170-dən çox müəssisənin
açılış və təməlqoyma mərasimində
iştirak etmiş, fəaliyyətləri ilə tanış
olmuşdur.
Müntəzəm
surətdə həyata keçirilən bu səfərlər
regionların sosial-iqtisadi inkişafının sürətləndirilməsində
mühüm rol oynamaqla yanaşı, hər bir rayonun
inkişafı ilə bağlı qarşıda duran spesifik vəzifələrin
müəyyənləşdirilərək yerinə yetirilməsini
təmin edir.
Bu səfərlərdən sonra dövlətimizin
başçısı bir sıra şəhər və
rayonların sosial-iqtisadi inkişafının sürətləndirilməsi
ilə bağlı əlavə tədbirlər haqqında sərəncamlar
imzalamışdır.
Möhtərəm cənab
Prezident! Sizin regional inkişafa verdiyiniz önəmin,
rayonlarda, kəndlərdə yaşayan əhalinin həyat səviyyəsinin
davamlı olaraq yüksəldilməsinə göstərdiyiniz
diqqət və qayğının nəticəsidir ki, istehsal
və sosial infrastruktur təminatının
yaxşılaşdırılması sahəsində inqilabi dəyişikliklər
davam edir, regionların siması günü-gündən dəyişir,
gözəlləşir və müasirləşir.
Regionların
inkişafına 2004-cü ildən etibarən bütün
maliyyə mənbələri hesabına 15,5
milyard dollar, o cümlədən ötən il 3,4 milyard dollar
məbləğində investisiya yönəldilmiş, bunun
sayəsində yüzlərlə əhəmiyyətli layihələr
icra olunmuşdur.
Ötən il "Şimal-Cənub"
və "Şərq-Qərb" nəqliyyat dəhlizlərinin
yaradılması layihələri davam etdirilmiş, 635 kilometrdən
çox yollar beynəlxalq standartlara uyğun tikilmiş və
təmir olunmuş, o cümlədən dövlətimizin
başçısının bilavasitə iştirakı ilə
Bakı dairəvi avtomobil yolu, Ələt-Astara-İran sərhədi
avtomobil yolunun 22 kilometrlik hissəsi, Mingəçevir-Xaldan
yolu, Biləsuvar dairəvi avtomobil yolu, Bakı-Rusiya sərhədi
avtomobil magistralında Şabran dairəvi yolu və
körpü kompleksi, Naxçıvan-Sədərək
magistral yolu və digərləri istifadəyə
verilmişdir. Bakı-Tbilisi-Qars dəmir yolunun,
Beynəlxalq dəniz limanının və gəmiqayırma
zavodunun inşası ölkəmizin tranzit potensialının,
ümumiyyətlə regiondakı rolunun və əhəmiyyətinin
daha da artmasını təmin edəcəkdir.
Regionlar elektrik enerjisi ilə
tam təchiz olunmuş, təkcə 2010-cu ildə Ordubadda Biləv
SES, Qəbələdə, Salyanda və Bakıda yeni
yarımstansiyalar və yüksəkgərginlikli xətlər
istifadəyə verilmiş, 4 kiçik SES-in təməli
qoyulmuş, 5 elektrik stansiyasının tikintisi davam
etdirilmişdir. Görülmüş işlərin nəticəsidir
ki, əvvəllər enerji problemləri yaşamış
Naxçıvan MR bir neçə ildir ki,
elektrik enerjisini ixrac edir.
İl ərzində dövlət
proqramı çərçivəsində regionlarda 3770
kilometr yeni qaz kəmərləri çəkilmiş, 500
kilometr qaz xətti təmir və bərpa edilmiş, 49
yaşayış məntəqəsi qazla təchiz olunmuşdur.
Əhalinin keyfiyyətli su ilə
təminatının yaxşılaşdırılması
çərçivəsində Kür-Araz
çaylarının sahilləri boyu 18 rayonun 156
yaşayış məntəqəsində sutəmizləyici
qurğuların quraşdırılması 300 min nəfərdən
artıq əhalinin içməli su ilə təminatını
yaxşılaşdırmış, Oğuz-Qəbələ-Bakı
su kəməri istifadəyə verilmişdir.
Suvarılan
torpaq sahələrinin artırılmasında, torpaqların
meliorativ vəziyyətinin
yaxşılaşdırılmasında mühüm rolu olan
Samur-Abşeron, Yuxarı Mil kanallarının, Şəmkir dəryaçasının,
Tovuzçay su anbarının tikintisi davam etdirilir.
Rabitə xidmətlərinin
yaxşılaşdırılması ilə bağlı
görülən işlər regionlarda bu xidmətlərin
keyfiyyətini və əhatə dairəsini xeyli
artırmışdır.
Azərbaycan Prezidenti tərəfindən
2010-cu ilin "Ekologiya ili" elan edilməsi ilə əlaqədar
ekoloji vəziyyətin yaxşılaşdırılması və
ölkənin bütün ərazisinin, xüsusilə də
Abşeron yarımadasının
yaşıllaşdırılması, çirklənmiş
torpaqların təmizlənməsi sahəsində
genişmiqyaslı tədbirlər görülmüş,
ümumilikdə 10600 hektardan artıq sahədə meşəsalma
və meşəbərpa işləri həyata
keçirilmişdir.
2010-cu ildə müasir turizm
xidməti infrastrukturunun yaradılması istiqamətində də
işlər davam etdirilmiş, 32-si regionlarda olmaqla 47 turizm
obyektinin, o cümlədən Qusar rayonunda Şahdağ
Qış-Yay turizm kompleksinin tikintisi aparılır.
Möhtərəm cənab
Prezident! Məruzə etmək istəyirəm ki, regionların
ənənəvi istehsal sahələrinə uyğun
ixtisaslaşması, kənd təsərrüfatının
intensiv yüksəlişi, yeni heyvandarlıq və
südçülük komplekslərinin, damazlıq və
quşçuluq təsərrüfatlarının, kənd təsərrüfatı
məhsullarının saxlanması infrastrukturunun
yaradılması, toxumçuluğun inkişafı, daxili tələbatın
əsasən yerli istehsal hesabına ödənilməsi,
qeyri-neft məhsullarının ixracının
artırılması ilə bağlı ötənilki
konfransda və Nazirlər Kabinetinin iclaslarında verdiyiniz
tapşırıqların icrası istiqamətində
ardıcıl tədbirlər davam etdirilməkdədir.
Belə ki, hər
bir iqtisadi rayonun potensialı təhlil olunmuş, müqayisəli
üstün sahələri müəyyənləşdirilmiş,
bunun əsasında iqtisadi rayonların pasportları
hazırlanmış və dövlət dəstəyi tədbirləri
məhz hər bir regionun spesifik xüsusiyyətləri və
müasir texnologiyaların tədbiqi nəzərə
alınmaqla həyata keçirilir.
Yaradılmış
infrastruktur, həmçinin dövlət dəstəyi tədbirləri
regionlarda sahibkarlığın inkişafına, yeni müəssisələrin
və iş yerlərinin yaradılmasına təkan
vermişdir.
Ötən il regionlarda
160-dan çox sənaye, kənd təsərrüfatı, xidmət
və ticarət müəssisəsi, o cümlədən Lənkəranda
konserv zavodu və çay fabriki, Naxçıvanda avtomobil
zavodu, bir neçə tikinti materialları zavodu, Sumqayıtda
texnopark, Masazırda duz zavodu, Biləsuvarda konserv zavodu, Gədəbəydə
qızıl zavodu, bölgələrdə heyvandarlıq və
süd emalı kompleksləri və digər müəssisələr
tikilib istifadəyə verilmiş, 200-dən çox müəssisənin,
o cümlədən 12 kənd təsərrüfatı məhsullarının
emalı müəssisəsinin, bir çox rayonda tikinti
materiallarının istehsalı zavodlarının və digər
müəssisələrin tikintisi davam etdirilir.
Bu müəssisələrin
112-də Sahibkarlığa Kömək Milli Fondunun güzəştli
kreditlərindən istifadə olunur. Ümumiyyətlə, il ərzində,
demək olar ki, hamısı regionlarda olmaqla 1430 investisiya layihəsinin
maliyyələşdirilməsinə 115 milyon manat güzəştli
kreditlər verilmişdir.
Müasir texnologiyaların tətbiqi
ilə aqrar sektorun inkişafında mühüm rolu olan, ildə
20 min ton quş əti, 60 mln damazlıq, 17 mln əmtəəlik
yumurta istehsal edən 14 müasir quşçuluq, illik
gücü 61 min ton olan 5 süd emalı zavodu və 5150
başlıq 5 südlük cins heyvandarlıq kompleksi güzəştli
kreditlər hesabına maliyyələşdirilmişdir.
Sahibkarlığa, xüsusilə
də kiçik sahibkarlığa dövlət dəstəyi
tədbirləri çərçivəsində il ərzində
1374 kiçik sahibkara 20 milyon manat güzəştli kredit
verilmiş, 195-2 telefon məlumat mərkəzi və elektron
ticarət portalı yaradılmış, vergi ödəyicilərinə
xidmətin təkmilləşdirilməsi məqsədi ilə
əlavə 10 vergi terminalı tikilmişdir.
Eyni zamanda, Azərbaycan
İnvestisiya Şirkətinin tərəfdaşlığı
ilə istixana komplekslərinin, toxumçuluq bazasının
yaradılması, heyvandarlıq, süd məhsulları, duz və
digər ərzaq məhsullarının istehsalının təşkili
ilə bağlı bir sıra səmərəli layihələr
həyata keçirilmişdir.
Kənd təsərrüfatı
məhsullarının saxlanılması infrastrukturunun
yaradılması məqsədi ilə, bütün regionlarda
ümumi tutumu 85 min ton olan 25 müasir soyuducu və ümumi
tutumu 270 min ton olan 17 taxıl anbarı komplekslərinin
inşası fondun güzəştli kreditləri hesabına
maliyyələşdirilmişdir. Bundan əlavə, Səngəçalda
100 min tonluq, Naxçıvanda 30 min tonluq taxıl
elevatorları istismara verilmişdir, Gəncədə 60 min
tonluq elevatorun tikintisi davam etdirilir. Bununla da bu
sahədə tələbat əsasən təmin edilmişdir.
Fermer təsərrüfatlarında
xidmətlərin müasir səviyyədə qurulması məqsədi
ilə il ərzində 4 rayonda yeni
aqroservis filialları yaradılmış, 5 rayonda isə belə
filiallar təşkil olunmaqdadır.
Əlverişsiz
iqlim şəraiti və təbii fəlakətlərlə
bağlı dənli bitkilərin istehsalının
azalmasına baxmayaraq, intensiv metodların tədbiqinin
stimullaşdırılması və kompleks dövlət dəstəyi
tədbirləri nəticəsində kənd təsərrüfatının
digər sahələrində artım davam etmiş və
ölkənin bir sıra əsas ərzaq məhsulları
üzrə tələbatı yerli istehsal hesabına təmin
olunmuşdur.
Bu tədbirlər
dünyada ərzaq təminatında problemlərin olduğu bir
dövrdə ölkəmizin ərzaq təhlükəsizliyinin
möhkəmləndirilməsini, idxaldan asılılığın
azaldılmasını təmin etməklə yanaşı,
ixracın şaxələndirilməsində, qeyri-neft məhsullarının
ixracının artırılmasında əhəmiyyətli
rol oynayır.
Azərbaycan məhsullarının
yeni bazarlara çıxış imkanlarının
artırılması üçün bu məhsulların
müasir tərzdə qablaşdırılması,
markalanması, ixrac imkanlarının təbliği sahəsində
sahibkarların maarifləndirilməsi, onların beynəlxalq əlaqələrinin
genişləndirilməsi ilə bağlı müxtəlif tədbirlər
görülmüş, ötən il
ölkədə və xaricdə 100-ə yaxın biznes forum və
konfranslar təşkil edilmişdir.
İlk dəfə olaraq
1600-dən çox adda rəqabətqabiliyyətli yerli məhsulların
kataloqu hazırlanmış, əsas tərəfdaş ölkələrdə
ticarət evlərinin yaradılması, azərbaycanlı
iş adamlarının birliklərinin təşkili ilə
bağlı işlər aparılmaqdadır.
Ötən il Özbəkistanda
böyük uğurla keçirilmiş ilk milli sərgidə,
habelə ABŞ, Almaniya, Fransa və digər ölkələrdə
təşkil olunmuş sərgilərdə Azərbaycan məhsullarına
göstərilən böyük maraq onların yüksək
keyfiyyətindən, beynəlxalq standartlara uyğunluğundan
xəbər verir. Təsadüfi deyil ki, 2010-cu ildə 2009-cu
illə müqayisədə qeyri-neft məhsullarının
ixracı 17,8 faiz, çeşidi isə 5,6
faiz artmışdır.
Möhtərəm cənab
Prezident! Sizin tapşırığınıza əsasən
Nazirlər Kabineti tərəfindən bu yaxınlarda təsdiq
edilmiş sərəncamda qeyri-neft məhsullarının
ixracının daha da artırılması ilə bağlı
kompleks tədbirlər nəzərdə tutulur. Xüsusilə qeyd etmək istəyirəm ki,
sahibkarlığın inkişafına dövlət dəstəyi
tədbirləri çərçivəsində sahibkarlıq
sahəsində aparılan yoxlamalara, eləcə də idxal-ixrac
əməliyyatlarının sadələşdirilməsinə
dair imzaladığınız fərmanlar bu sahədə
hüquqi bazanın təkmilləşdirilməsində, biznes
mühitinin daha da yaxşılaşdırılmasında və
sahibkarlığa əsassız müdaxilələrin
qarşısının alınmasında növbəti
mühüm addımdır.
Möhtərəm cənab
Prezident!
Hörmətli konfrans
iştirakçıları!
Birinci Dövlət
Proqramında olduğu kimi, yeni proqramda da sosial infrastrukturun
daha da inkişaf etdirilməsi, müasir tələblər səviyyəsində
yenidən qurulması prioritet vəzifələrdəndir. Əhalinin
sosial müdafiəsi sahəsində dövlətin həyata
keçirdiyi siyasətin ən mühüm istiqamətlərindən
biri də sosial müdafiəyə daha çox ehtiyacı olan
təbəqəyə, o cümlədən əlillərə,
veteranlara, aztəminatlı vətəndaşlara,
qaçqın və məcburi köçkünlərə
xüsusi diqqətin yetirilməsidir. Hesabat dövründə
Bakı şəhərində 243 mənzilli 3, regionlarda isə
272 mənzilli 12 yaşayış binası və 200 fərdi
yaşayış evi tikilmişdir.
Bununla yanaşı, cənab
Prezidentin iştirakı ilə qaçqın və məcburi
köçkünlər üçün Qəbələdə
2 yaşayış binası və 188 şagird yerlik məktəb,
Yevlaxda 612, Ağdamda isə 689 ailə üçün zəruri
infrastruktura malik olan qəsəbələr istifadəyə
verilmişdir.
2010-cu ildə 25-i regionlarda
olmaqla 45 səhiyyə müəssisəsi tikilib istifadəyə
verilmiş, 43-ü regionlarda olmaqla 70 məktəb binası
inşa və əsaslı təmir olunmuş, 4 olimpiya idman
kompleksi, 4 idman mərkəzi istifadəyə verilmiş, 9
idman kompleksinin tikintisi davam etdirilir.
Ötən illərdə
olduğu kimi, 2010-cu ildə də Heydər Əliyev Fondu
çoxşaxəli fəaliyyəti ilə dövlət
proqramının icrasına öz töhfəsini vermişdir. Məhz fondun təşəbbüsü
ilə əhalinin daha çox ehiyac duyduğu bir çox
obyektlər, o cümlədən 1100 şagird yerlik 3 məktəb,
Ağdaş Şəhər Musiqi Məktəbi, Qəbələdə
uşaq bağçası, məhdud fiziki imkanlı insanlar
üçün Naxçıvan Regional İnformasiya Mərkəzi
inşa olunmuş, bir sıra xeyriyyə tədbirləri həyata
keçirilmişdir.
Ötən il
baş vermiş daşqınlarla bağlı əhaliyə dəyən
ziyan aradan qaldırılmış, evləri dağılan
insanların mənzil problemlərinin həlli məqsədi ilə
1500-dən artıq yeni ev tikilmiş, 3000-dən artıq ev təmir
edilmişdir. Cənab Prezidentin bu işlərin
gedişini gündəlik olaraq diqqət mərkəzində
saxlaması və yeni tikilmiş mənzillərin istifadəyə
verilməsi mərasimlərində şəxsən iştirak
etməsi dövlətimizin başçısının vətəndaşlara
qayğısının bariz nümunəsidir.
Ümumiyyətlə,
dövlət proqramı çərçivəsində həyata
keçirilən tədbirlər nəticəsində 2010-cu il ərzində 4300-ə yaxın yeni müəssisə
yaradılmış, 52 min 700-ü daimi olmaqla 73 min iş yeri
açılmışdır. Ötən il
xüsusilə regionların sosial-iqtisadi inkişafı sahəsində
görülmüş işlər nəticəsində
yoxsulluğun səviyyəsi 9 faizə enmişdir.
Təsadüfi deyil ki,
2000-2010-cu illər üzrə ölkəmiz insan
inkişafı indeksinin orta illik artım tempinə görə
MDB məkanında birinci yerə layiq görülmüş və
"orta insan inkişafı" ölkələri qrupundan
"yüksək insan inkişafı" qrupuna
keçmişdir.
Göründüyü
kimi, dövlət proqramı ilə müəyyən
edilmiş tədbirlər nəzərdə tutulmuş cədvəl
üzrə uğurla icra olunmuş və proqramın tam və
keyfiyyətli yerinə yetirilməsi üçün
bütün imkanlar mövcuddur.
Möhtərəm cənab
Prezident! Sizin sistemli,
düşünülmüş və qətiyyətli
sosial-iqtisadi siyasətiniz, ölkəni davamlı inkişaf
etdirmək bacarığınız, regionların
inkişafına göstərdiyiniz diqqət ötən illərdə
olduğu kimi, qarşıdakı illərdə də dövlət
proqramından irəli gələn vəzifələrin,
verdiyiniz tapşırıqların vaxtında və yüksək
səviyyədə yerinə yetirilməsini və
regionların tarazlı inkişafını təmin edəcəkdir.
Diqqətinizə
görə minnətdaram.
* * *
Astara Rayon İcra Hakimiyyətinin
başçısı Mahir QULİYEV regionların sosial-iqtisadi
inkişafı ilə bağlı hər iki dövlət
proqramının ölkənin bütün regionları kimi,
Astara rayonunun da inkişafına güclü təkan verdiyini
bildirərək dedi:
- Ötən il rayonda 116
milyon manatlıq məhsul istehsal edilmişdir ki, bu da 7 il əvvəllə
müqayisədə 4,3 dəfə
çoxdur. Bu dövrdə sənaye məhsullarının həcmi
21 dəfə, kənd təsərrüfatı məhsullarının
istehsalı 2,9 dəfə, orta aylıq əməkhaqqı
isə 5,5 dəfədən çox artmışdır.
Qeyri-neft sektorunun inkişafına göstərdiyiniz diqqət
və qayğının nəticəsidir ki, Astaraya qoyulan
investisiyaların həcmi 7 ildə 56 dəfə artaraq 34
milyon manatı keçmişdir. Ümumilikdə 4228-i daimi
olmaqla 4528 yeni iş yeri açılmışdır.
Tapşırığınızla
rayonumuzun ərazisində tikilib istifadəyə verilmiş və
nəinki Astara, həmçinin bütün cənub bölgəsi
üçün mühüm əhəmiyyət kəsb edən
modul tipli elektrik stansiyasının, Sizin şəxsən təməlqoyma
və açılış mərasimlərində iştirak
etdiyiniz Astara Qaz-Kompressor Stansiyasının işə
salınması ilə Astara ölkənin iqtisadi infrastrukturuna
daxil olmuşdur.
Mahir Quliyev rayon
iqtisadiyyatının əsasını təşkil edən
aqrar sahədə də son illər qazanılan uğurlar barədə
dövlətimizin başçısına məlumat verərək
bildirdi:
- Hazırda rayonda 600 hektara
yaxın çay plantasiyası vardır ki, onun da 203
hektarından yaşıl çay yarpağı yığılır.
Sizin tapşırığınıza əsasən
çayçılığın inkişaf etdirilməsi məqsədi
ilə keçən il 200 hektar sahədə
yeni çay plantasiyası salınması üçün
hazırlıq işləri başa
çatdırılmış, burada 160 nəfər işlə
təmin olunmuşdur.
Həyata
keçirilən məqsədyönlü tədbirlər nəticəsində
rayonda sitrus və subtropik meyvə sahələri 2 min hektara
çatdırılmışdır. 2500 ton meyvə saxlamaq gücü
olan soyuducu kameranın, sitrus meyvələrinin saxlanması
üçün 350 tonluq soyuducu anbarın və bu məhsulları
emal edən 2 müəssisənin tikilməsi meyvəçiliyə
marağı daha da artırmışdır. Yeni
sitrus bağlarının salınması istiqamətində
işlər davam etdirilir. Tərəvəz
əkini sahələrinin genişləndirilməsi ilə
yaxın vaxtlarda Astaranın faraş tərəvəzinin təkcə
yerli bazarlara deyil, böyük həcmdə ənənəvi
Rusiya bazarlarına da çıxarılmasına imkan
yaranmışdır.
Möhtərəm cənab
Prezident!
Ümummilli
liderimiz deyirdi ki, yol abadlıq, mədəniyyət nişanəsidir. Beynəlxalq
avtomobil yoluna paralel, Xəzər dənizi sahili boyu əvvəllər
çəkilmiş 19 kilometr uzunluğu olan Astara-Şahağacı-Lənkəran
magistral avtomobil yolu tam yararsız vəziyyətə
düşmüşdü. Nəticədə
Astara şəhəri də daxil olmaqla rayonun 7 ən iri
yaşayış məntəqəsinin 70 mindən çox əhalisi
bu yoldan istifadə edə bilmirdi. Onların müraciətlərini
nəzərə alaraq bu yolun yenidən qurulması ilə əlaqədar
Siz 2010-cu il aprelin 21-də sərəncam
imzaladınız.
Qısa
müddətdə müasir tələblər səviyyəsində
yenidən qurulmuş həmin yol indi təkcə Astaranın nəqliyyat
infrastrukturuna deyil, bütün sosial-iqtisadi həyatına
müsbət təsirini göstərməkdədir. Bu gün bu
yoldan rahatlıqla istifadə edən astaralıların hədsiz
minnətdarlığını icazə verin, cənab
Prezident, Sizə çatdırım.
Bununla belə,
qarşımızda ilin bütün fəsillərində
gediş-gəlişi asanlaşdırmaq üçün ucqar
dağ kəndlərini rayon mərkəzi ilə birləşdirən
yollarda yenidənqurma və təmir işləri aparmaq vəzifəsi
durur.
Lənkəranda Beynəlxalq
Hava Limanının açılması,
Bakı-Astara-Şahağacı-Lənkəran magistral avtomobil
yollarının yenidən qurulması coğrafi cəhətdən
çox əlverişli ərazidə yerləşən, füsunkar
təbiətə malik regionumuzda turizmin inkişafı
üçün olduqca əlverişli zəmin
yaratmış, ölkəmizin "cənub qapısı"
adlandırılan Astaraya və bütövlükdə
bölgəmizə marağı artırmışdır.
Turizmin inkişaf etdirilməsi
ilə bağlı rayonda artıq 4 ulduzlu "Şindan",
"Abşeron" turizm istirahət mərkəzləri
tikilib istifadəyə verilmiş, Xəzər dənizinin
sahilində müasir tipli "Relax" otelinin inşası isə
davam etdirilir.
Sevindirici
haldır ki, Astaraya qonaq gələn xarici ölkə vətəndaşları
bölgəmizin təbii gözəlliyinə vurğunluqlarını
bildirməklə yanaşı, qısa müddətdə
rayonumuzda baş verən sosial-iqtisadi tərəqqinin nəticələrinə
də heyran olduqlarını gizlətmir, onu Avropanın
kiçik turizm şəhərləri ilə müqayisə
edirlər. Bütün bunlar Sizin rəhbərliyiniz altında
regionlarda həyata keçirilən yeni inkişaf
strategiyasının nəticəsi, Azərbaycanın dünya
birliyinə iqtisadi və mədəni inteqrasiyasının
göstəricisidir.
Rayonun
mövcud infrastrukturu turizmin tələblərinə uyğun
yenidən qurulur. Astara gömrük və sərhəd keçid məntəqəsi
beynəlxalq normalara uyğun modernləşmiş, sərhədyanı
rüsumsuz Ticarət Mərkəzi tikilmiş, ticarət,
iaşə və xidmət sahələrinin yaradılması
istiqamətində müvafiq işlər aparılır. Şəhərdə yeni parklar salınmış, fəvvarələr
quraşdırılmış, küçələrə
asfalt döşənmiş, müasir işıqlandırma
şəbəkəsi yaradılmışdır.
Sizin
tapşırığınızla Astara şəhərində
Dövlət Bayrağı Meydanı inşa edilmiş və
orada qonşu ölkədən belə görünən, 65
metr hündürlüyündə Azərbaycan bayrağı əzəmətlə
dalğalanır.
Gənc nəslin dövlətçilik
ruhunda tərbiyə olunmasında müstəsna əhəmiyyəti
olan Heydər Əliyev Mərkəzinin və müasir tələblərə
cavab verən Olimpiya İdman Kompleksinin tikintisində işlər
bu il başa çatdırılacaqdır.
Artıq 26 kəndə təbii
qazın verilməsi bərpa edilmiş, Xəzər dənizi
sahili boyunca 1,9 kilometr məsafədə, sərhəd
kommunikasiyalarının və 3 kəndin Astara
çayının sel sularından mühafizəsi məqsədi
ilə 4 kilometr uzunluğunda sahilbərkitmə işləri
aparılmışdır.
Heydər Əliyev
Fondunun "Yeniləşən Azərbaycana yeni məktəb"
proqramı çərçivəsində son illər rayonda
22 yeni orta məktəb binası tikilib istifadəyə
verilmiş, 11 məktəb əsaslı təmir edilmişdir. Müasir tipli 4 həkim
evi-tibb məntəqəsi, əlil və şəhid ailələri
üçün 32 və 16 mənzilli yaşayış
binaları inşa olunmuşdur.
Möhtərəm cənab
Prezident!
Hələ
keçən əsrin 70-ci illərində ümummilli
liderimizin gərgin zəhməti sayəsində subtropik meyvələrin,
çayın və tərəvəzin böyük
istehsalçısı olan Astara şan-şöhrət
qazanmışdı. Ulu öndərin rayonumuza göstərdiyi
qayğını davam etdirərək Siz də diqqətinizi
Astaradan əsirgəməmiş, onu ölkənin ən abad
diyarlarından birinə çevirmiş, astaralıların
firavan yaşayışını təmin etmisiniz.
***
Balakən Rayon İcra
Hakimiyyətinin başçısı Asif MƏMMƏDOV son
illərdə rayonun tanınmaz dərəcədə dəyişdiyini
və sosial-iqtisadi inkişafın vüsət götürdüyünü
bildirərək dedi:
- Dövlət proqramında
rayon üzrə nəzərdə tutulan tədbirlərin
müvəffəqiyyətlə icrası Balakəni abad,
gözəl, inkişaf etmiş şəhərə
çevirdi. Hətta həmin proqramda nəzərdə
tutulmayan işlər də oraya əlavə edildi və
icrası təmin olundu.
Nəticədə
paytaxtdan uzaqda, sərhəddə yerləşən Balakəndə
yaşamaq və işləmək üçün gözəl
şərait yarandı. Təsadüfi deyil ki, indi hər bir balakənli
2010-cu ilin iyulunda rayona səfəriniz zamanı dediyiniz
"Balakən dünya səviyyəli inkişaf etmiş
şəhərlərin sırasına daxil edilib" ifadəsini
xüsusi qürur və fəxrlə xatırlayır.
Uğurlu
islahatlar nəticəsində rayonun sosial infrastrukturu, sənaye
potensialı güclənir, yeni inzibati binalar, məktəblər,
mədəniyyət və səhiyyə obyektləri tikilir.
Fəaliyyətə
başlayan konserv zavodu, yem zavodu əhalinin məşğulluğunun
təmin olunmasına müsbət təsir göstərmişdir. Kərpic, beton məmulatı,
qum-çınqıl, asfalt zavodlarının, fındıq
emalı müəssisəsinin fəaliyyətə
başlaması nəticəsində 2003-cü ilə nisbətən
2010-cu ildə sənaye məhsulu istehsalı 3,7
dəfə, ümumi məhsul istehsalı 3,1 dəfə,
tikinti işlərinin həcmi 25 dəfə
artmışdır.
Möhtərəm cənab
Prezident!
Son 5 ildə rayonda kənd təsərrüfatı
məhsulu istehsalından əhalinin pul gəlirləri 2,5 dəfə artmışdır. Ümumi
daxili məhsulun strukturunda kənd təsərrüfatının
xüsusi çəkisi 41,6 faiz təşkil
etmişdir.
Ərzaq təhlükəsizliyinin
təmin olunmasında əvəzsiz rol oynayan kənd təsərrüfatı
məhsullarının istehsalının artmasına dövlət
dəstəyi ilə istehsalçılara toxum, yanacaq, gübrə
və texnikanın verilməsi bu işlərə böyük
təsir göstərmişdir.
Möhtərəm cənab
Prezident!
2011-ci il
Sizin tərəfinizdən "Turizm ili" elan olunmuşdur. Hələ 2006-cı və 2008-ci illərdə Balakənə
səfəriniz zamanı burada turizmin inkişafı
üçün çox gözəl imkanlar olduğunu
vurğulamışdınız.
Sizin bu sahədəki
tapşırığınızın icrasına artıq
başlanmışdır. Rayonda dördulduzlu
müasir standartlara cavab verən hotel, 1200 metr uzunluğunda
kanat yolu istifadəyə verilmişdir. Dörd
yeni park salınmış, Heydər Əliyev prospektində 2
meydan tikilmiş, şəhərin işıqlanma sistemi yenidən
qurulmuş, şəhərdaxili küçələrə və
rayon əhəmiyyətli yollara asfalt örtüyü
salınmışdır.
Rayon ərazisindən
keçən dağ çayları üzərində 4 yeni
körpü tikilmişdir. 36 hektar sahəsi olan Heydər Əliyev
adına mədəniyyət və istirahət
parkı təkcə balakənlilərin yox, eləcə də
bölgənin və qonşu Gürcüstan sakinlərinin
istirahət yerinə çevrilib. Şəhər
küçələrində şüşə örtük
altında bölgənin tarixini, etnoqrafiyasını əks
etdirən maddi mədəniyyət nümunələri
"Açıq səma altında muzey" kimi hər kəsin
diqqətini özünə cəlb edir.
Bütün bu
qeyd olunanlar, həmçinin Balakənin təbiəti,
buradakı hər cür şərait turizmi prioritet sahə
kimi inkişaf etdirməyə geniş imkanlar yaradır. Son illər ərzində 2
muzey, 2 bank binası, elektron kitabxana, mədəniyyət evi, kəndlərdə
15 rabitə binası, 4 elektron telefon stansiyası tikilib istifadəyə
verilmişdir.
Böyük fərəh
hissi ilə qeyd etmək istəyirəm ki, rayon mərkəzində
inşa edilmiş 235 çarpayılıq xəstəxana
kompleksi ən müasir dünya standartlarına cavab verir.
Cəmi bir neçə il əvvəl şəhərin
görünüşünə xələl gətirən
köhnə avtovağzal binası tamamilə yenidən
tikilmişdir.
Əhalinin içməli
suya olan tələbatının ödənilməsi
üçün 40-dan çox artezian quyusu
qazılmış, 14,5 kilometr içməli
su xətləri çəkilmişdir.
Hazırda dövlət proqramına
uyğun olaraq Balakən şəhərinin içməli su və
kanalizasiya xətlərinin yenidən tikilməsi layihəsi
üzərində iş gedir.
Son bir ildə
rayon mərkəzində və kəndlərdə 80 kilometr
uzunluğunda orta təzyiqli qaz xətləri çəkilmişdir. Rayonumuzun
qazlaşdırılması sürətlə davam etdirilir.
2010-cu ildə
istifadəyə verilən Olimpiya İdman Kompleksi
idmançılarımızın yeni uğurlara imza
atmasına geniş imkan yaratmışdır. Qürur hissi
ilə məlumat verirəm ki, qısa müddət ərzində
gənclərimizdən iki nəfər Olimpiya, bir nəfər
isə Avropa çempionu adını qazanmışdır.
Sizin diqqət və
qayğınız nəticəsində təkcə ötən
il rayonda Qarabağ müharibəsi əlilləri
və şəhid ailələri üçün 44 mənzili
olan 2 yaşayış binası, 10 fərdi ev tikilib istifadəyə
verilmişdir.
Son illərdə məktəb
tikintisi sahəsində xeyli iş
görülmüşdür. 5780 şagird yeri olan 20 yeni məktəb
binası tikilib istifadəyə verilmiş, ümumi şagird
yerlərinin sayı 800 olan 3 məktəbin tikintisi isə
davam edir. 720 şagird yerlik 4 məktəb
binasının tikintisi Heydər Əliyev Fondunun təşəbbüsü
və dəstəyi ilə reallaşmışdır.
Bütün bunlara və respublikamızda səhiyyənin, təhsilin,
mədəniyyətin inkişafında misilsiz xidmətlərinə
görə Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin
deputatı Mehriban xanım Əliyevaya balakənlilərin minnətdarlığını
çatdırıram.
Möhtərəm cənab
Prezident!
2010-cu il
Sizin təşəbbüsünüzlə "Ekologiya
ili" elan edilmişdir. Hər bir bölgədə,
hər bir kənddə olduğu kimi, balakənlilər də
bu təşəbbüsə həvəslə qoşularaq Azərbaycanda
ekoloji vəziyyətin yaxşılaşdırılmasına
öz töhfələrini vermişlər. Belə ki,
ötən il rayon ərazisində 154 min
ağac əkilmişdir. Bu işlər
qarşıdakı illərdə də davam etdiriləcəkdir.
Möhtərəm cənab
Prezident!
Balakən
rayonuna son səfəriniz zamanı dediyiniz "Mən ümid
edirəm ki, bundan sonra da Balakəndə bütün işlər
yüksək səviyyədə görüləcək, əhaliyə
bütün sahələrdə yüksək xidmət göstəriləcəkdir"
sözləriniz bizim üçün gələcəkdə
də mühüm vəzifə olacaqdır.
***
Sumqayıt Texnologiyalar
Parkı idarə heyətinin üzvü Zaur MƏMMƏDOV bu
sənaye nəhənginin fəaliyyəti barədə ətraflı
məlumat verərək dedi:
- 2009-cu ilin sonlarında
birinci mərhələsi Sizin tərəfinizdən
istismara verilmiş Sumqayıt Texnologiyalar Parkı
çoxşaxəli və müasir sənaye kompleksidir.
Hörmətli cənab
Prezident! Hazırda texnoparkda beş zavod fəaliyyət
göstərir, altı zavodun inşası isə davam
etdirilir. Sumqayıt Texnologiyalar Parkının
istehsalat sahələrinə 1000-dən çox,
tikinti-quraşdırma işlərinə isə 2300-ə
yaxın işçi cəlb olunmuşdur.
Aşağıdakı
istehsal sahələrini xüsusi olaraq qeyd etmək istərdim. Regionun ən
müasir avadanlıqlarla təchiz edilmiş kabel zavodu ildə
hər biri 30 min ton olmaqla müxtəlif alüminium və mis
kabellər istehsal etmək gücünə malikdir. Burada ölkədə ilk dəfə olaraq gərginliyi
110 kilovolta qədər olan kabel istehsalı texnologiyası mənimsənilmişdir.
Keyfiyyətli məhsula maraq göstərən
müəssisələrin tələbatı bu zavod tərəfindən
tam şəkildə təmin olunur.
Plastik borular
zavodunda ildə 100 min tona qədər yüksək standartlara
cavab verən müxtəlif çeşidli borular istehsal olunur
və bu məhsul ölkədaxili layihələrdə
geniş istifadə edilir.
Nadir
texnologiyalar əsasında inşa edilən qaynar sinkləmə
zavodu da ölkəmizdə bu təyinatlı ən iri müəssisədir. Zavodun məhsuldarlığı
ildə 40 min ton təşkil edir və uzunluğu 15 metrə
qədər polad məmulat, o cümlədən elektroenergetika
sahəsində istifadə olunan metal konstruksiyalar qaynar qalvanikləşdirmə
texnologiyaları əsasında sinklənir. Bunun
nəticəsində onların istifadə müddəti 100 ilə
qədər uzanır.
MDB ölkələrində
analoqu olmayan, ən son texnologiyalar əsasında qurulan dəqiq
emal mərkəzləri zavodunda energetika və
maşınqayırma avadanlıqlarının ehtiyat hissələri
istehsal olunacaqdır. Nəticədə göstərdiyimiz xidmətin
səviyyəsi və keyfiyyəti xeyli dərəcədə
artacaqdır.
Ağır
maşınqayırma zavodunda isə artıq təməli
qoyulmuş və tikilməkdə olan kiçik su elektrik
stansiyaları üçün hissələr hazırda
istehsal prosesindədir.
Yüksək gərginlikli
elektrik avadanlığı zavodunda yüksək gərginlik
yuvaları, ayırıcılar, yarımstansiyalar
üçün avadanlıq istehsal edilir.
Kompleksin fəaliyyəti
çərçivəsində ətraf mühitin mühafizəsinə
və işçi heyətin təhlükəsizliyinə də
böyük önəm verilir.
Bütün
bunlarla yanaşı, alternativ enerjiyə də böyük yer
ayrılmışdır. Belə ki, Sumqayıt
Texnologiyalar Parkında günəş enerjisindən qidalanan
yüksək səmərəliliyə malik su
qızdırıcıları istehsal edilir.
Möhtərəm cənab
Prezident!
Əldə
etdiyimiz uğurlarla yanaşı, bəzi problemlərlə də
üzləşirik. Belə ki, Sumqayıt Texnologiyalar Parkında
"Liebherr", "Komatsu", "Hitachi",
"Bomag", "Borg", "Mercedes" və s. kimi
dünyanın qabaqcıl texnikasından, maşın və
mexanizmlərindən istifadə edilir. Amma bu
avadanlığın istismarı üçün yüksək
dərəcəli maşinist-operatorlar, qaynaqçılar,
çilingərlər və elektrik
quraşdırıcıları
çatışmazlığı hiss olunur. Bu qıtlığı aradan qaldıra biləcək
texniki təlim-təhsil bazasının yaradılması zəruri
insan resurslarının yetişdirilməsində məqsədyönlü
addım olardı.
Möhtərəm cənab
Prezident!
Sizi əmin
edirəm ki, tezliklə Azərbaycanda bu sahədə istehsal
olunan məhsullar ölkə tələbatını ödəməklə
yanaşı, yaxın gələcəkdə xarici bazarlara da
ixrac ediləcəkdir.
***
Tovuz Rayon İcra Hakimiyyətinin
başçısı Tofiq ZEYNALOV "Azərbaycan
Respublikası regionlarının 2009-2013-cü illərdə
sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nda
Tovuz rayonu üzrə nəzərdə tutulan tədbirlərin
müvəffəqiyyətlə yerinə yetirildiyini
vurğulayaraq bildirdi:
- Ata-babalarımız
körpü salmağı, yol tikməyi, su çəkməyi
ən savab iş hesab etmişlər. Yol
inkişafdır, yol həyatdır, yol mədəniyyətdir.
Sizin sərəncamınızla
Tovuz-Böyük Qışlaq-Qaralar avtomobil yolunun çəkilməsi
43 kənddə yaşayan 21 mindən artıq insana yeni həyat,
rahatlıq bəxş etdi.
Ermənistanla
sərhəddə yerləşən Qaralar kəndinə
çəkilmiş bu yol həm də strateji əhəmiyyətə
malikdir. İndi bədxah qonşularımız bu yolun çəkildiyini
nəinki bilir, həm də görürlər. Onlar həm
də yaxşı bilirlər ki, cənab Prezident, işğal
altında olan torpaqlarımız Sizin qətiyyətli
siyasətiniz nəticəsində tezliklə azad olunacaq və
belə yolları orada da çəkəcəyik.
Dövlət
proqramının ilk iki ilində rayonun kəndarası
yollarında əsaslı və cari təmir işləri
aparılmış, tutumu 20 milyon kubmetr olan Tovuzçay su
anbarının tikintisi davam etdirilmiş, 10 kəndə təbii
qazın verilməsi bərpa olunmuş, uzunluğu 30 kilometrdən
çox olan, ümumilikdə 52 min nəfərin
yaşadığı 9 yaşayış məntəqəsini
əhatə edən Zəyəmçay-Tovuz su kəmərinin
tikintisi başa çatdırılmışdır.
Ümumi məhsul
buraxılışının həcmi 2003-cü ilə nisbətən
3 dəfə, o cümlədən kənd təsərrüfatı
istehsalı 2,3 dəfə, sənaye məhsulunun həcmi 2,7 dəfə,
əsas kapitala yönəldilən investisiyalar 9,5 dəfə,
tikinti-quraşdırma işlərinin həcmi 10 dəfə
artmışdır.
Təhsil, səhiyyə,
idman və mədəniyyət müəssisələrinin
maddi-texniki bazası möhkəmləndirilmiş, əhaliyə
göstərilən sosial xidmətlərin səviyyəsi əhəmiyyətli
dərəcədə yüksəlmişdir. Azərbaycan mədəniyyətinin
hamisi, xüsusilə muğam və aşıq sənətinin
qorunub saxlanması və inkişaf etdirilməsində
böyük rolu olan Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin
deputatı Mehriban xanım Əliyevanın dəstəyi ilə
respublikamızda yeganə olan Azərbaycan Aşıq Sənəti
Dövlət Muzeyinin yenidən qurulmasına
başlanılacaqdır. Təməlini
qoyduğunuz və açılışında iştirak
etdiyiniz Olimpiya İdman Kompleksi kəndlərimizdə
yaradılmış 32 idman meydançası gənclərin
asudə vaxtlarının səmərəli təşkilinə
və rayonda idmanın kütləviliyinə xüsusi töhfədir.
Respublikamızda olduğu
kimi, Tovuzda da sahibkarlar və investorlar üçün əlverişli
iş mühiti yaradılmışdır. Ötən 7 il ərzində
rayonda 5908 sahibkarlıq subyekti fəaliyyətə
başlamış, 16 mindən çox yeni iş yeri
açılmışdır ki, onlardan da 8 mini daimidir. Təkcə
ötən il banklar və kredit təşkilatları
tərəfindən sahibkarlığın inkişafı
üçün 14 milyon manatdan artıq kredit verilmişdir. Nəticədə
istehsal olunmuş məhsulun həcmində qeyri-dövlət
sektorunun payı ilbəil artmış və 2010-cu ildə 95,3 faiz təşkil etmişdir.
Kənd təsərrüfatının
inkişafı üçün çox böyük imkanlar
yaranmışdır. Maldarlıq, üzümçülük,
taxılçılıq sahələrinin inkişafına
xüsusi diqqət verilir. Heyvandarlığın
yem bazasının möhkəmləndirilməsi məqsədi
ilə yonca sahələri ildən-ilə artırılır.
Qarışıq yem istehsal edən zavodun
tikintisi başa çatmışdır. Sutkada
20 ton emal gücü olan süd emalı zavodu xammalla
davamlı şəkildə təmin olunur.
Üzüm sahələri
60 hektardan 700 hektara çatdırılmışdır. Həm
üzüm istehsalı, həm də üzüm emalı sənayesinin
davamlı inkişafının təmin edilməsi, o cümlədən
şərab zavodlarının tikilməsi istiqamətində
investorlarla məqsədyönlü işlərimizi davam
etdiririk.
Qədim tarixi
abidələri, əsrarəngiz təbiəti, qonaqpərvər
insanları olan Tovuzda turizmin müxtəlif növlərinin
inkişafı üçün geniş imkanlar vardır. Mövcud təbii
resurslarla yanaşı, yeni turizm məkanları da tikilmiş
və tikilməkdədir. Beşulduzlu
otelin tikintisində son tamamlama işləri aparılır.
Möhtərəm cənab
Prezident!
"Ekologiya
ili"ndə ətraf mühitin qorunması sahəsində
başlanılmış məqsədyönlü tədbirlər
davam etdirilir.
Rayonun 22 aran kəndində təsərrüfat hesablı
"Təmizlik" idarələrinin yaradılması ilə
ərazidəki məişət tullantılarının
toplanması məsələsi həll edilmiş, 200 nəfər
vətəndaş daimi iş yeri ilə təmin olunmuşdur.
Respublikamızın
hər yerində olduğu kimi, Tovuzda da yüksək
işgüzarlıq əhval-ruhiyyəsi vardır. Bütün
qüvvə və imkanlarımızı Sizin tövsiyə və
tapşırıqlarınıza uyğun olaraq əhalinin
yaşayış səviyyəsinin yüksəldilməsinə,
onları narahat edən problem və çətinliklərin
aradan qaldırılmasına, vətəndaşların
müraciətlərinin operativ və ədalətli həllinə
yönəltmişik. Qarabağ müharibəsi
əlilləri və şəhid ailələrinin mənzil
şəraiti yaxşılaşdırılmış,
genişmiqyaslı tikinti-quruculuq və abadlıq işləri
aparılmışdır. 80
çarpayılıq rayon mərkəzi xəstəxanasının
yeni binasının tikintisində tamamlanma işləri gedir.
Son günlər verdiyiniz əlavə
tapşırıqlara əsasən rayonda inşasına
başlanılmış diaqnostika mərkəzinin tikintisinin
sürətləndirilməsi də əhalimizə göstərilən
qayğının böyük təzahürüdür.
Qarşımızda
duran əsas məsələlərdən biri də Tovuz şəhərinin
su təchizatı və kanalizasiya sisteminin yenidən
qurulması və kəndlərin təbii qazla təmin
olunmasıdır.
Möhtərəm cənab
Prezident!
Görüləsi
işlərimiz çoxdur. Sizi əmin edirik ki,
tovuzlular dövlət proqramının növbəti illəri
üçün nəzərdə tutulmuş işləri,
rayonumuzun inkişafı üçün qarşıda duran vəzifə
və tapşırıqları da böyük ruh yüksəkliyi
ilə yerinə yetirəcəklər.
***
"
-1999-cu ildən Gəncə
şəhərində fəaliyyətə başlamış
"Elba" Məhdud Məsuliyyətli Cəmiyyətinin rəhbəri
və 2002-ci ildə Gülüstan Sarayında ulu öndərimiz
Heydər Əliyevin sahibkarlarla keçirdiyi görüşdə
iştirak etmiş bir iş adamı kimi demək istəyirəm
ki, ölkəmizdə mövcud olan əlverişli biznes
mühitini yaradan məhz ümummilli lider Heydər Əliyev
olmuşdur.
Cənab Prezident! Bu siyasəti neçə illərdir Siz uğurla
davam etdirirsiniz. Bu uğurlara görə
Sizə sahibkarlar adından dərin minnətdarlığımı
bildirirəm. Azərbaycan dövlətinin
sahibkarlara köməyi sayəsində
qazandığımız nailiyyətlər və
keçdiyimiz uğurlu yollar, gələcək planlar
haqqında məlumat vermək istəyirəm.
Hörmətli Prezident!
Biz sahibkarlar dövlət tərəfindən
olan diqqət və qayğını həmişə hiss
edirik. Sizinlə keçirilən hər bir
görüş bizim gələcək fəaliyyətimizə
istiqamət və təkan verir.
Gəncənin, eləcə
də respublikamızın ən nüfuzlu müəssisələrindən
birinə çevrilmiş "Elba" MMC 12 illik fəaliyyətində
müxtəlif növ ət və ət məhsulları,
delikates məmulatlarının istehsalı ilə məşğul
olur. Müəssisəmiz bölgədə əhalinin
məşğulluğunun artırılmasına öz
töhfəsini vermiş və 70 nəfəri daimi, 100 nəfərdən
çox sakini isə mövsümi işlə təmin
etmişdir. Yeni layihələrin həyata
keçirilməsi ilə əlaqədar yaxın gələcəkdə
işçilərin sayı daha da artacaqdır. "
Hörmətli Prezident! Sizin
sahibkarlarla keçirdiyiniz görüşlərdə iş
adamlarının dayağı, dostu olmaqla, onları dəstəkləməyiniz
qeyri-neft sektorunun inkişafını sürətləndirdi. Yaradılan münbit şərait nəticəsində
"
2010-cu ildə
Sahibkarlığa Kömək Milli Fondunun dəstəyi ilə,
Azərbaycanda ilk dəfə olaraq, Daşkəsən rayonunda
iri və xırda buynuzlu mal-qaranın kəsim fabriki inşa
edilərək istifadəyə verildi. Müəssisə
Avropanın qabaqcıl texnologiyaları ilə təchiz
olunmuşdur. Bundan əlavə, rayonda
istehsal olunmuş ət məhsullarının uzunmüddətli
saxlanılması üçün 1000 tonluq soyuducu kameralar
quraşdırılmışdır.
Əlverişli
iqlim şəraiti olan Gədəbəy rayonunda istehsal
edilmiş kartofun saxlanılması, emalı və
qablaşdırılması məqsədi ilə 2011-ci ilin
yanvar ayından başlayaraq, Sahibkarlığa Kömək
Milli Fondunun dəstəyi ilə Avropa standartlarına uyğun
fabrik inşa edilir. Bu ilin sonunadək fabrikin inşası
başa çatdırılacaqdır.
Hörmətli cənab
Prezident! Sizin fevral ayında Samuxa səfəriniz
zamanı regionlarda quşçuluğun inkişafına
ehtiyac olduğunu bildirməyiniz, rayonda yerləşən
quşçuluq təsərrüfatımızın genişləndirilməsinə
stimul yaratdı. Hazırda damazlıq quşların gətirilməsi,
illik istehsal gücü 72 milyon yumurta və 2,4 min ton quş əti
olan fabrikin inşa edilməsi üçün yeni layihənin
hazırlanması işləri aparılır və bu
rübün sonunadək dövlət dəstəyi alması
üçün Sahibkarlığa Kömək Milli Fonduna təqdim
ediləcəkdir.
"
-Yaratdığımız
"Xəmsə" peşəkar futbol klubunun üzvləri
yarandığı gündən etibarən respublikada
keçirilən müxtəlif yarış və çempionatlarda
fəal iştirak etmiş və uğurlar qazanmışlar.
Biz hüquqi və iqtisadi
bilikləri, günümüzün tələblərinə
uyğun biznes mədəniyyətini mənimsəmədən,
bazar iqtisadiyyatına uyğun iş qurmağı öyrənmədən
qarşıda duran vəzifələrin öhdəsindən gələ
bilməzdik. Dövlətin dəstəyi ilə
biz sahibkarlar və mütəxəssislərimiz Avropanın
inkişaf etmiş təhsil mərkəzlərində mütəmadi
olaraq ixtisaslarımızı artırır, yeni
texnologiyaların sirlərini öyrənir və Azərbaycanda
tətbiq edirik.
Cənab Prezident!
Çıxışımın sonunda müəssisəmizin
qazandığı uğurlara və sahibkarlara yaradılan
şəraitə görə, bir iş adamı kimi, Sizə
öz minnətdarlığımı bildirirəm.
***
Saatlı Rayon İcra Hakimiyyətinin
başçısı Siraqəddin CABBAROV ölkəmizdə
uğurla həyata keçirilən sosial-iqtisadi siyasətin,
2009-2013-cü illərdə regionların sosial-iqtisadi
inkişafı Dövlət Proqramının uğurlu
icrasının Saatlı rayonunun da sürətli
inkişafına hərtərəfli imkan
yaratdığını söyləyərək bildirdi:
- Son iki ildə ümumi
daxili məhsulun həcmi 18,8 faiz artaraq 143 milyon manata
çatmış, sənaye istehsalı 2 dəfədən
çox artmışdır. 2009-cu ildə rekord
miqdarda - 100 min tondan yuxarı taxıl istehsal edilmiş,
respublikada becərilən xam pambığın 24 faizi rayonun əməkçiləri
tərəfindən toplanmışdır.
2008-ci ildə
istifadəyə verilmiş Biyan məhsulları zavodu 2010-cu
ildə fəaliyyətini daha da genişləndirmişdir. Regionda yeganə
olan bu müəssisəyə dövlət tərəfindən
3 milyon manat kreditin ödənilməsi onun inkişafına
güclü təkan vermişdir. Hazırda
zavodda işləyənlərin sayı 500 nəfəri
ötmüş, məhsulları isə Yaponiyaya, Çinə
və İrana ixrac edilməyə başlanmışdır.
Sahibkarlara
yaradılan şərait, onlara güzəştli kreditlərin
verilməsi nəticəsində rayonda çoxlu sayda müxtəlif
təyinatlı özəl müəssisələr
açılmışdır. 2010-cu ildə
ayrılmış 2 milyon manat kredit hesabına tutumu 2 min ton
olan soyuducu anbar kompleksinin tikintisi başa çatmaq üzrədir.
Yeni yaradılmış və bərpa olunmuş müəssisələrdə
2009-2010-cu illərdə 1400-ə yaxın yeni iş yeri
açılmışdır ki, onlardan da 740-ı daimidir.
Möhtərəm cənab
Prezident!
Nazirlər
Kabinetinin 2010-cu ilin yekunlarına və qarşıda duran vəzifələrə
həsr olunmuş iclasında ölkədə ərzaq təhlükəsizliyinin
təmin edilməsi üçün iri fermer təsərrüfatlarının
yaradılması və toxumçuluğun inkişaf etdirilməsi
barədə tapşırığınıza əsasən
rayonda konkret işlərin görülməsinə
başlanmışdır.
Biz bu il
qarşımıza məqsəd qoymuşuq ki, rayonda mövcud
olan 20 toxumçuluq təsərrüfatının fəaliyyətini
genişləndirək. Bunun üçün
qısa müddətdə təsərrüfatlara baxış
keçirilmiş, yüksək məhsuldar yerli sortların əkilməsi
üçün sahələr müəyyənləşdirilmişdir.
İri fermer təsərrüfatlarının
yaradılması məqsədi ilə Kənd Təsərrüfatı
Nazirliyinin, Dövlət Torpaq və Xəritəçəkmə
Komitəsinin mütəxəssisləri ilə birlikdə
boş qalmış 9 min hektara yaxın torpağın əkin
dövriyyəsinə cəlb olunması səmərəli
hesab edilmişdir. İndi bu ərazilərdə
taxıl istehsalı ilə məşğul olacaq iri təsərrüfatların
yaradılması üçün tədbirlər
görülür.
Siraqəddin Cabbarov rayonun
infrastrukturunda baş verən yeniliklər barədə məlumat
verərək bildirdi ki, dövlətimizin
başçısının sərəncamı ilə
Prezidentin Ehtiyat Fondundan ayrılmış vəsait hesabına
mərkəzi xəstəxananın əsaslı təmirinə,
Saatlı-Musalı-Məzrəli yolu və region
üçün böyük əhəmiyyət
daşıyan Hacıqabul-Horadiz magistral yolunun yenidən
qurulmasına başlanması əhali tərəfindən
böyük razılıq hissi ilə qarşılanıb.
- Möhtərəm cənab
Prezident!
Ötən il
respublikamızın bir sıra rayonları Kür-Araz
çaylarının yaratdığı daşqınlar,
subasmalar və onların fəsadları ilə üz-üzə
qaldı. Sözün həqiqi mənasında təbiət
hamımızı ağır sınağa çəkdi.
Lakin həmin çətin anlarda Siz
xalqımıza dayaq durdunuz, insanların qayğıları ilə
yaşadınız, dərhal fəlakət bölgəsinə
gələrək onların yanında oldunuz. Sizin çağırışınızla ayağa
qalxan Azərbaycan xalqı, dövlətimizin icra strukturları
bütün vasitələrdən istifadə edərək
adamları xilas etdilər, bir nəfər də olsun insan
itkisinə yol verilmədi.
Ən
inkişaf etmiş ölkələrdə belə təbii fəlakətlər
baş verərkən yalnız sığortası olan əhaliyə
yardım edilir. Bizdə isə dövlətimiz əhaliyə
dəymiş bütün ziyanı öz üzərinə
götürdü. Sizin
tapşırığınızla lazım olan vəsait
ayrıldı. Təbii fəlakətə məruz
qalmış rayonlarda qısa müddətdə, 4-5 ay ərzində
bütün sosial şəraiti olan 4 qəsəbə
salındı, 1500-dən artıq ev tikildi, 3 min ev təmir
edildi. Hazırda 800-ə yaxın evin də
tikintisi davam etdirilir. Dəymiş ziyanla
bağlı sakinlərə kompensasiyalar ödənildi, ərzaq
yardımları verildi, insanlar bütün tibbi və sosial
xidmətlərlə tam əhatə olundular. Növbəti illərdə bir daha belə fəlakətlə
üzləşməmək üçün Kür-Araz
çayları boyunca bəndbərkitmə işləri
görüldü.
Həmin
dövrlərdə rayonumuzun tarixi üçün əlamətdar
hadisə oldu.
Keçən il noyabrın 1-də Yeni
Novruzlu kəndində salınmış qəsəbədə
Siz sakinlərlə görüşdünüz. Siz saatlılıların təbiətin bu
sınağından şərəflə
çıxdığını, bütün çətinliklərə
dözərək öz vətəndaşlıq
borclarını ləyaqətlə yerinə yetirdiklərini
bildirdiniz, rayonun sosial-iqtisadi inkişafı sahəsində
görülən işlərə də yüksək qiymət
verdiniz.
Möhtərəm cənab
Prezident!
Hazırda
rayonda əhalinin elektrik enerjisi, qaz, içməli su təminatının
daha da yaxşılaşdırılması istiqamətində
geniş işlər görülməkdədir. Xüsusən də dövlət
proqramında nəzərdə tutulan və rayonun
bütünlüklə qazlaşdırılması layihəsinin
tezliklə reallaşması nəticəsində Saatlı
şəhərinin qaz təchizatı tamamilə yenidən
qurulacaq, rayonun 43 kəndinə qazın verilməsi təmin
ediləcəkdir ki, bu da əhali tərəfindən
böyük sevinc və razılıq hissi ilə
qarşılanır.
Sizin və Heydər Əliyev
Fondunun prezidenti, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın
diqqət və qayğısı sayəsində təkcə
2009-2010-cu illərdə rayonda 5 orta məktəb binası,
Qarabağ əlilləri və şəhid ailələri
üçün 16 və 32 mənzilli yaşayış
binaları tikilib istifadəyə verilmiş, çoxlu sayda
sosial obyektlər və yaşayış binaları müasir
memarlıq üslubunda əsaslı təmir edilmişdir. Son 2 ildə yeni istirahət parkları və
yaşıllıqlar salınmış, müasir
işıqlandırma sistemləri və fəvvarələr
quraşdırılmış, küçə və meydanlar
yenidən qurulmuşdur.
Möhtərəm cənab
Prezident!
Sizin Saatlı rayonunda olarkən
dediyiniz "Respublikanın hər yerində olduğu kimi,
Saatlıda da işlər yüksək səviyyədə
aparılır" sözləri rayonun hər bir sakininin
qurub-yaratmaq əzmini daha da artırmışdır. Sizi əmin etmək istəyirəm ki, növbəti
illərdə də rayonumuzda bütün iqtisadi və sosial məsələlər
öz həllini tapacaqdır.
Diqqətinizə görə
çox sağ olun.
***
Prezident İlham Əliyev
konfransda yekun nitqi söylədi.
Azərbaycan.- 2011.-2 mart.- S. 2, 3.