Azərbaycanın birinci
xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban
xanım Əliyeva Türkiyənin Bilkənd Universitetinin idarə
heyətinin rəhbəri Əli Doğramacı ilə
görüşmüşdür
Martın 1-də Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyeva Türkiyənin Bilkənd Universitetinin idarə heyətinin rəhbəri Əli Doğramacı ilə görüşmüşdür.
Əli Doğramacı Mehriban xanım Əliyevaya xatirə hədiyyəsi təqdim etmişdir.
Etibarlı tərəfdaşlıq münasibətlərini yüksək qiymətləndirən Mehriban xanım Əliyeva fondun xətti ilə həyata keçirilən layihələr barədə danışmış, bu sahədə qazanılan uğurlarda İhsan Doğramacının və onun humanist ənənələrini davam etdirən Əli Doğramacının töhfələrini yüksək qiymətləndirmişdir.
AzərTAc
Azərbaycan.- 2011.-2 mart.- S. 6.