Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının dəstəyi ilə yeni internet portalı - Etika.az saytı yaradılmışdır

 

Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının dəstəyi ilə yeni internet portalı - Etika.az saytı yaradılmışdır.

Komissiyadan AzərTAc-a bildirmişlər ki, Etika.az dövlət orqanları vətəndaşlar arasında münasibətlərin etik davranış qaydalarına uyğun həyata keçirilməsini təşviq etmək məqsədi ilə yaradılmışdır. İnternet portalı dövlət qurumlarının nümayəndələrinin vətəndaşların münasibətlərinin etik davranışları çərçivəsində tənzimlənməsinə dəstək verəcək, maarifçilik məlumatlandırma funksiyasını həyata keçirəcəkdir.

Bu sahədə ilk informasiya mənbəyi olan saytda etik davranış qaydaları ilə bağlı bütün normativ-hüquqi aktlar beynəlxalq təcrübə barədə məlumatlar yerləşdirilmişdir. Eyni zamanda, saytda etik davranış qaydalarına uyğun olaraq müvafiq testlər təşkil edilmişdir. Testlər vasitəsilə hər bir dövlət orqanının nümayəndəsi bu sahədə biliklərini təkmilləşdirmək imkanına malik olacaqdır.

Vətəndaşların dövlət orqanlarına müraciət etməsini təkmilləşdirmək məqsədi ilə Etika.az saytında, həmçinin dövlət orqanlarının saytlarına keçidlər, onların əlaqə ünvanları, telefonları elektron poçtları barədə məlumatlar yerləşdirilmişdir.

 

 

Azərbaycan.- 2011.-2 mart.- S. 6.