Azərbaycan ilə Xorvatiya arasında hüquqi sahədə əməkdaşlıq genişlənir
Azərbaycan ilə Xorvatiya arasında hüquqi sahədə əməkdaşlıq genişlənir.
AzərTAc xəbər verir ki, bu sözlər
ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının
sədri Fikrət Məmmədovun Azərbaycanda
səfərdə olan
Xorvatiya Ali Məhkəməsinin sədri
Branko Hrvati ilə görüşündə
səslənmişdir.
F.Məmmədov Azərbaycan
və Xorvatiya arasında dostluq və əməkdaşlıq
münasibətlərinin inkişaf
etdiyini, hər iki dövlətin məhkəmə və ədliyyə orqanları arasında əlaqələrin
genişləndirilməsində qarşılıqlı səfərlərin
mühüm rol oynadığını bildirmişdir.
B.Hrvati Xorvatiyanın məhkəmə
sistemindən danışmış,
Azərbaycanla müqayisədə
ölkəsində hakimlərin
sayının 8 dəfə
çox olmasına baxmayaraq, məhkəmələrdə
baxılan işlərin
sayının hədsiz
yüksək olduğunu
bildirmiş, təcrübə
mübadiləsinin vacibliyini
qeyd etmişdir.
Xorvatiya Ali Məhkəməsinin sədri Azərbaycanda əhalinin məhkəmələrə
inamının artmasına
yönələn məqsədyönlü
tədbirləri yüksək
qiymətləndirmiş, ikitərəfli
münasibətlərin inkişafı
üçün geniş
imkanların olduğunu
və səfərinin
uğurlu keçdiyini vurğulamışdır.
Görüşdə əməkdaşlığın
prioritetləri, o cümlədən inzibati ədliyyə, hakimlərin
müstəqilliyi, toxunulmazlığı
və məsuliyyəti,
ilkin və davamlı tədrisin əhəmiyyəti, Məhkəmə-Hüquq
Şuralarının fəaliyyəti
və digər məsələlər müzakirə
olunmuşdur.
Azərbaycan.- 2011.-2 mart.- S. 6.