"Frankfurter Allgemeine Zeitung" qəzetində Azərbaycana həsr olunmuş məqalə dərc olunmuşdur

 

"Frankfurter Allgemeine Zeitung" qəzetində Azərbaycana həsr olunmuş məqalə dərc olunmuşdur. "Azərbaycan Avropa İttifaqına qaz satışına razılıq verdi" sərlövhəli məqalədə bildirilir ki, Azərbaycan Avropanın "Cənub" boru kəməri sisteminin ərsəyə gəlməsi üçün kifayət qədər qaz ötürməyə söz vermişdir. Bu haqda Bakıda Azərbaycan Respublikasının Prezidenti Avropa Komissiyasının sədri arasında müvafiq bəyannamə imzalanmışdır. Qaz satışını konkretləşdirən müqavilələr isə martadək imzalanmalıdır. Avropa Komissiyasının ehtimallarına görə "Şahdəniz-2" yatağından ildə 14-16 milyard kubmetr qaz hasil oluna bilər ki, bu da "Cənub dəhlizi"nin yaradılmasına imkan verir.

Məqalədə daha sonra bildirilir ki, Rusiya qazından asılılığı azaltmaq istəyən Avropa İttifaqı alternativ qaz mənbələri axtarır. Bu baxımdan Azərbaycan ilə razılaşma qazı regiondan birbaşa Avstriyaya nəql edəcək strateji əhəmiyyətli Nabukko kəmərinin tikintisi üçün xüsusi əhəmiyyət daşıyır. Avropa Komissiyası hesab edir ki, Nabukko kəmərinin ilkin mərhələdə fəaliyyəti üçün "Şahdəniz-2" yatağının ehtiyatları kifayət edir. Amma kəmərin 31 milyard kubmetr olan tam gücü ilə işləməsi üçün ikinci mənbəyə ehtiyac vardır. İkinci mənbə kimi Türkmənistan İraq nəzərdən keçirilir.

Avropa Komissiyasının rəsmiləri Azərbaycandan sonra Türkmənistana səfər edəcəklər. Türkmənistan indiyədək Avropaya müxtəlif işarələr vermişdir. Onlardan biri ölkə qazını avropalılara satmağa hazır olmaq işarəsidir, ancaq öz sərhədlərinədək. Bu da o deməkdir ki, türkmən qazının Xəzər dənizindən Azərbaycana daşınmasını avropalılar özləri təşkil etməlidirlər. Avropa Komissiyasında ehtimal var ki, Türkmənistan bu məsələdə Rusiyanın təzyiqləri ilə üzləşir. Qərbyönümlü siyasət yürüdən müstəqil Azərbaycandan fərqli olaraq, Türkmənistan Rusiyadan çox asılıdır. Onun qazı hazırda yalnız Rusiya kəmərlərindən keçərək nəql oluna bilir. Amma Türkmənistan qaz ixracının şaxələndirilməsində maraqlıdır. Avropa Komissiyası isə Türkmənistana daha yüksək qiymət təklif edir. Həm ona ümid edir ki, Azərbaycanla imzalanmış müqavilə türkmənlərə "Cənub dəhlizi" layihəsinin onlarsız da mümkün olması arqumenti ilə bu layihəyə qoşulmaq üçün əlavə stimul vermiş olar. Amma qeyri-rəsmi məlumatlara görə Türkmənistan qazını Azərbaycana kəmər ilə deyil, maye şəklində gəmilərlə nəql etmək istəyir.

Daha sonra məqalədə bildirilir ki, Azərbaycanın "Cənub dəhlizi" ilə Avropaya qaz satışına razılıq verməsi kimi mühüm addımını Avropa sənayesi yaxşı dəyərləndirməlidir. Belə ki, qazın növbəti mərhələdə haradan alınması hələ dəqiq məlum olmasa da, onlar Nabukko kəmərinin çəkilişinə artıq başlamalıdırlar. Həm bu məsələ Avropa İttifaqının əhəmiyyətini bir daha sübut edir.

 

 

Vüqar SEYİDOV,

AzərTAc-ın xüsusi müxbiri

Berlin

 

Azərbaycan.- 2011.-2 mart.- S. 7.