Azərbaycan Prezidenti İlham Əliyev Rusiya Federasiyası Tatarıstan Respublikasının
Prezidenti Rustam Minnixanovu qəbul etmişdir
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 2-də Rusiya Federasiyası Tatarıstan Respublikasının Prezidenti Rustam Minnixanovu qəbul etmişdir.
Dövlətimizin başçısı Tatarıstan Prezidentinin respublika rəhbəri kimi yüksək vəzifəyə seçildikdən sonra özünün ilk səfərlərindən birini ölkəmizə etməsini yüksək qiymətləndirdi. Azərbaycan və Rusiya Federasiyası arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə uğurla inkişaf etdiyini vurğulayan dövlətimizin başçısı Tatarıstan Respublikasının Prezidenti Rustam Minnixanovun ölkəmizə səfəri zamanı əməkdaşlığın yeni istiqamətlərinin müəyyənləşdiriləcəyinə ümidvar olduğunu bildirdi və səfərin qarşılıqlı fəaliyyət və əlaqələrimizin müxtəlif istiqamətlərdə genişlənməsinə xidmət edəcəyinə əminliyini ifadə etdi.
Ölkəmizə səfərindən və Prezident İlham Əliyev ilə görüşmək imkanı əldə etməsindən məmnunluğunu bildirən Rustam Minnixanov Tatarıstan Respublikasının keçmiş Prezidenti Mintimer Şaymiyevlə xalqımızın ümummilli lideri Heydər Əliyev arasında daim mövcud olan sıx münasibətlərin əməkdaşlığımızın inkişafı üçün möhkəm zəmin yaratdığını bildirdi.
* * *
Sonra Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyevin adından Tatarıstan Respublikasının
Prezidenti Rustam Minnixanovun şərəfinə
işçi nahar verildi.
AzərTAc
Azərbaycan.- 2011.-3 mart.- S. 1.