Bolqarıstan Respublikasının Prezidenti
zati-aliləri cənab
Georgi Pırvanova
Hörmətli cənab
Prezident!
Ölkənizin milli bayramı münasibətilə
Sizi və Sizin simanızda
bütün xalqınızı
öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik
edirəm.
Azərbaycan-Bolqarıstan əlaqələrinin bugünkü
inkişaf səviyyəsi
məmnunluq doğurur. Xalqlarımız arasında zəngin dostluq və əməkdaşlıq ənənələrinə
əsaslanan bu əlaqələr daim öz əhatə dairəsini genişləndirməkdədir.
Əminəm ki, dövlətlərarası
münasibətlərimizin inkişafı,
beynəlxalq qurumlar və regional layihələr
çərçivəsində qarşılıqlı işimizin
səmərəli şəkildə
davam etdirilməsi üçün bundan sonra da ardıcıl
səylər göstərəcəyik.
Belə bir əlamətdar gündə
Sizə ən xoş arzularımı yetirir, möhkəm cansağlığı, işlərinizdə
uğurlar, dost Bolqarıstan
xalqına əmin-amanlıq
və firavanlıq diləyirəm.
Hörmətlə,
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı, 21 fevral 2011-ci il
Azərbaycan.- 2011.-3 mart.- S. 1.