N.K.Baybakovun xatirəsinin əbədiləşdirilməsi haqqında

 

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

 

2011-ci ilin mart ayında tanınmış ictimai xadim, Sosialist Əməyi Qəhrəmanı Nikolay Konstantinoviç Baybakovun 100 illiyi tamam olur.

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq Azərbaycanda neft sənayesinin inkişafına böyük töhfələr vermiş Nikolay Konstantinoviç Baybakovun xatirəsini əbədiləşdirmək məqsədilə qərara

alıram:

1. Bakı Şəhər İcra Hakimiyyəti şəhərin küçələrindən birinə Nikolay Konstantinoviç Baybakovun adının verilməsini, Sabunçu rayonundakı 67 nömrəli məktəbin qarşısında onun büstünün qoyulmasını Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin "Balaxanıneft" Neft Qazçıxarma İdarəsinin inzibati binasına xatirə lövhəsinin vurulmasını təmin etsin.

2. Azərbaycan Respublikasının Sənaye Energetika Nazirliyi, Azərbaycan Respublikasının Təhsil Nazirliyi Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə birlikdə Nikolay Konstantinoviç Baybakovun fəaliyyətinə həsr olunmuş konfrans keçirsin.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu sərəncamdan irəli gələn məsələləri həll etsin.

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 2 mart 2011-ci il

 

Azərbaycan.- 2011.- 3 mart.- S. 1.