Azərbaycan-Tatarıstan əlaqələri
uğurla inkişaf edir
Martın 2-də Milli Məclisin Sədri Oqtay Əsədov ölkəmizdə səfərdə
olan Rusiya Federasiyası Tatarıstan
Respublikasının Prezidenti
Rüstəm Minnixanov
ilə görüşmüşdür.
Qonağı parlamentdə
salamlayan spiker Oqtay Əsədov Azərbaycan və Tatarıstan arasında əlaqələrin tarixi köklərinin olduğunu
bildirdi. Bu səfər ölkələrimiz
arasında əməkdaşlığın
daha da genişlənməsinə
öz töhfəsini
verəcəkdir. Əlaqələrin
intensivləşməsində hökumətlərarası komissiyanın
böyük rol oynayacağını bildirən
parlamentin sədri əlavə etdi ki, iki ölkə
arasında iqtisadi sahədə əməkdaşlığın dərinləşdirilməsi
üçün böyük
potensial var.
Azərbaycan və Tatarıstan arasında mədəni sahədə əməkdaşlığın
da inkişaf etdiyini deyən parlamentin sədri Rusiyada keçirilən Azərbaycan mədəniyyət
günlərini xatırlatdı.
Bildirdi ki, tədbirin ikinci gününün Kazan şəhərində keçirilməsi
buna əyani misal ola bilər.
Parlamentlərarası əməkdaşlığa
gəlincə, spiker Oqtay Əsədov iki ölkənin parlamentarilərinin qarşılıqlı
səfərlərinin təşkil
edilməsini vacib saydı.
Tatarıstan Respublikasının
Prezidenti Rüstəm
Minnixanov Azərbaycana
səfərindən məmnun
qaldığını bildirdi.
Azərbaycanın son illərdə sosial-iqtisadi
sahədə əldə
etdiyi uğurları təqdir edən Tatarıstan Prezidenti səfəri zamanı ölkəmizdə aparılan
böyük tikinti-quruculuq
işlərinin bir daha şahidi olduğunu bilirdi. Tatarıstan Prezidenti iqtisadi sahədə mövcud olan potensialdan daha geniş istifadə olunmasını zəruri saydı.
Sonda tərəflər qarşılıqlı maraq
doğuran digər məsələlər ətrafında
da fikir mübadiləsi apardılar.
Azərbaycan.- 2011.-3 mart.- S. 1.