Rusiya Federasiyası Tatarıstan Respublikasının Prezidenti Rustam Minnixanovun Azərbaycana işgüzar səfəri

 

Şəhidlərin xatirəsinə ehtiram

 

 Azərbaycanda işgüzar səfərdə olan Rusiya Federasiyası Tatarıstan Respublikasının Prezidenti Rustam Minnixanov martın 2-də Şəhidlər xiyabanında ölkəmizin müstəqilliyi ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla yad etmiş, "Əbədi məşəl" abidəsinin önünə əklil qoymuşdur.

Qonaq Bakının ən hündür nöqtəsindən Azərbaycan paytaxtının mənzərəsini seyr etmişdir.

 

 

AzərTAc

 

Azərbaycan.- 2011.-3 mart.- S. 2.