Heydər Əliyev Fondu ilə tanışlıq

 

Azərbaycanda işgüzar səfərdə olan Rusiya Federasiyası Tatarıstan Respublikasının Prezidenti Rustam Minnixanov martın 2-də Heydər Əliyev Fondunda olmuşdur.

Qonağa Azərbaycan xalqının ümummilli liderinin xatirəsinə yaradılmış fond haqqında məlumat verilmişdir.

Bildirilmişdir ki, fond ümummilli liderin zəngin irsini öyrənir təbliğ edir, müxtəlif sosial-iqtisadi, humanitar layihələr həyata keçirməklə Azərbaycanın tərəqqisinə, mədəniyyətinin inkişafına tarixinin öyrənilməsinə kömək göstərir.

Fenomen şəxsiyyət Heydər Əliyevin şəxsi arxivindən götürülmüş onun fəaliyyətinin ayrı-ayrı dövrlərini əhatə edən, ulu öndərin həyatının ən müxtəlif məqamlarını əks etdirən, tariximizin bütöv bir dövrü barədə geniş təsəvvür yaradan eksponatlara diqqətlə nəzər yetirən Tatarıstan Prezidenti onu müşayiət edən şəxslər görkəmli siyasi xadimin uşaqlıq gənclik illərinə, Moskvada keçmiş SSRİ-nin rəhbərlərindən biri kimi genişmiqyaslı fəaliyyətinə aid materiallara, Bakı-Tbilisi-Ceyhan əsas neft ixrac boru kəmərinin keçdiyi ərazilərin maketinə xüsusi maraq göstərmişlər.

Tatarıstan Respublikasının Prezidenti fondun xatirə kitabına ürək sözlərini yazmışdır. Qonağa xatirə hədiyyəsi təqdim olunmuşdur. Rustam Minnixanov Heydər Əliyev Fonduna hədiyyə təqdim etmişdir.

Qonaqlar fondla tanışlıqdan zəngin təəssüratla ayrılmışlar.

 

 

Azərbaycan.- 2011.-3 mart.- S. 2.