Tatarlar Azərbaycan dövlətinin
diqqət və qayğısını yüksək qiymətləndirirlər
Azərbaycanda işgüzar səfərdə olan Rusiya Federasiyası Tatarıstan Respublikasının Prezidenti Rustam Minnixanov martın 2-də bu respublikanın Bakıdakı daimi nümayəndəliyində Tatar Cəmiyyətinin nümayəndələri ilə görüşmüşdür.
Tədbirdə cəmiyyətin sədri Elmira İlyazova çıxış edərək tatarların Azərbaycanda daim sülh və əmin-amanlıq şəraitində yaşadıqlarını demişdir. Bildirilmişdir ki, Azərbaycanda yaşayan tatarların dil və mədəniyyətinin inkişafı, adət-ənənələrinin qorunub saxlanılması üçün hər cür şərait yaradılmışdır.
Tatarıstan Prezidenti Rustam Minnixanov xalqlarımız arasında əlaqələrin inkişafı istiqamətində xeyli işlərin görüldüyünü və bu münasibətlərin daha da genişləndirilməsinin əhəmiyyətini vurğulamışdır.
Cəmiyyətin üzvləri bildirmişlər ki, Azərbaycanda yaşayan bütün xalqların inkişafı üçün bərabər imkanlar yaradılmışdır. Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş bu müdrik siyasəti Prezident İlham Əliyev uğurla davam etdirir. Bunun nəticəsidir ki, tatarlar bütün sahələrdə Azərbaycan dövlətinin diqqət və qayğısını hiss edirlər.
Tədbirdə
Prezident Rustam Minnixanova xatirə hədiyyələri təqdim
edilmişdir.
AzərTAc
Azərbaycan.- 2011.-3 mart.- S. 2.