Budapeştdə Azərbaycan XİN başçısının müavini Xələf Xələfovun brifinqi olmuşdur

 

Azərbaycanın Macarıstandakı səfirliyində Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov Macarıstan dövlət orqanlarının nümayəndələri bu ölkədə akkreditə edilmiş əcnəbi diplomatlar jurnalistlər üçün brifinq keçirmişdir. Görüşü Azərbaycanın Macarıstandakı səfiri Vilayət Quliyev açmışdır. O, qısa giriş nitqində Azərbaycan XİN başçısının müavininin Macarıstana səfərinin məqsədləri barədə məlumat vermiş, iki ölkə arasında dinamik inkişaf edən münasibətlərə toxunmuşdur.

Azərbaycanın xarici siyasət idarəsi başçısının müavini öz çıxışında üç əsas mövzuyaAvropanın enerji təhlükəsizliyinin möhkəmlənməsində Azərbaycanın rolu, Cənubi Qafqaz regionunda vəziyyət Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair danışıqlar prosesinin indiki vəziyyətinə toxunmuşdur.

X.Xələfov qeyd etmişdir ki, Azərbaycan-Macarıstan ikitərəfli münasibətləri dinamik inkişaf edir, iki ölkə arasında əməkdaşlıq sahələri ilbəil genişlənir. İqtisadi, siyasi mədəni sahələrdə ikitərəfli əlaqələr xüsusi əhəmiyyət kəsb edir.

Regionda həyata keçirilən əsas enerji nəqliyyat-kommunikasiya layihələri barədə söhbət açan Azərbaycan diplomatı Azərbaycanın qonşu dövlətlərlə qarşılıqlı münasibətləri məsələsinə toxunaraq xüsusi vurğulamışdır ki, Bakı Ermənistandan başqa bütün qonşuları ilə yaxşı tərəfdaşlıq münasibətləri yaratmışdır. X.Xələfov Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin səbəbləri, Ermənistanın Azərbaycana qarşı təcavüzü, Azərbaycan ərazisinin 20 faizinin Yerevan tərəfindən işğal edilməsi barədə məlumat verərək, 1 milyondan çox insanın qaçqın məcburi köçkün vəziyyətində olmasını vurğulamışdır. O, Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın dinc əhalisinə qarşı törədilmiş Xocalı soyqırımının 19-cu ildönümünün bir neçə gün bundan əvvəl qeyd edilməsini, bu dəhşətli cinayətlə əlaqədar faktları auditoriyadakılara xatırladaraq, beynəlxalq birliyi həmin cinayəti Ruandada keçmiş Yuqoslaviyada törədilmiş hərbi cinayətlərin insanlığa qarşı cinayətlərin nümunəsi üzrə təhqiq etməyə çağırmışdır.

Salona toplaşanlar Xocalı qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad etmişlər.

X.Xələfov AzərTAc-ın müxbirinin ATƏT-in Minsk qrupu formatının dərəcədəsarsılmazolması bu münaqişənin həlli məsələsinin ATƏT-in Minsk qrupu ilə müqayisədə daha səmərəli beynəlxalq platformalarda müzakirə edilməsinin mümkün olub-olmaması barədə sualına cavab olaraq bildirmişdir ki, təcavüz məsələləri ilə BMT Təhlükəsizlik Şurası məşğul olur, məsələn Səddam Hüseyn rejimi Küveyti işğal edəndə olduğu kimi. ATƏT-in (o vaxt hələ ATƏM adlandırılırdı) Minsk qrupu Azərbaycan öz dövlət müstəqilliyini bərpa edəndən bir neçə ay sonra, ölkəmiz üçün çox gərgin dövrdə yaradılmışdır. O vaxt münaqişənin tənzimlənməsində vasitəçiliklə məşğul olmaq məhz ATƏT-ə tapşırılmışdır. Lakin BMT Təhlükəsizlik Şurasından fərqli olaraq ATƏT-in qətnamələri konsensus əsasında qəbul edilir təəssüf ki, məcburi xarakter daşımır. Məhz bu vəziyyət Ermənistana bu danışıqları ləngitməyə, hətta BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsinə məhəl qoymamağa imkan verir. Ermənistan özünün qeyri-konstruktiv mövqeyini onunla izah edir ki, guya bu danışıqlar yalnız ATƏT formatında aparıla bilər. Lakin məsələnin digər beynəlxalq təşkilatlarda müzakirə edilməsi Azərbaycanın suveren hüququdur, xüsusən ona görə ki, 19 il müddətində ATƏT-in Minsk qrupu formatında aparılan danışıqlar heç bir praktiki nəticə verməmişdirAzərbaycan ərazisinin 20 faizi hələ Ermənistanın işğalı altındadır, Dağlıq Qarabağın azərbaycanlı icması yenə özünün əvvəlki yaşayış yerlərindən kənardadır, Yerevan isə işğal edilmiş ərazilərdə etnik həmvətənlərini məskunlaşdırmaqda davam edir.

Brifinqdən sonra Xocalı haqqında sənədli film göstərilmiş, tədbir iştirakçıları erməni faşistlərin bu dəhşətli cinayətinə həsr edilmiş fotosərgi ilə tanış olmuşlar.

 

 

Pərvanə Qarayeva

AzərTAc-ın xüsusi müxbiri

Budapeşt

 

Azərbaycan.- 2011.-3 mart.- S. 3.