Azərbaycan və Sloveniya arasında müdafiə sahəsində
əməkdaşlıq haqqında
saziş imzalanmışdır
Ölkəmizdə rəsmi
səfərdə olan Sloveniya Respublikasının müdafiə
naziri xanım Lyubitsa Yelusiçin martın 2-də Azərbaycanın
müdafiə naziri, general-polkovnik Səfər Əbiyevlə
görüşmüşdür.
Sloveniyalı
qonağın Müdafiə Nazirliyində təntənəli
qarşılanma mərasimi keçirilmiş, hər iki
ölkənin dövlət himnləri səsləndirilmişdir.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, görüş zamanı sloveniyalı həmkarı ilə hərbi əməkdaşlıq məsələləri barədə ətraflı fikir mübadiləsi aparan müdafiə naziri Səfər Əbiyev bölgədə mövcud hərbi-siyasi vəziyyəti və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin yaratdığı problemləri onun diqqətinə çatdırmışdır. Nazir qeyd etmişdir ki, münaqişənin dinc şəkildə həll olunmasına maneçilik törədən işğalçı Ermənistan öz təcavüzkar siyasətindən əl çəkmək istəmir. Nazir demişdir ki, bu zaman ərazilərini azad etmək üçün Azərbaycanın öz suveren hüquqlarından istifadə etməsi qaçılmaz olacaqdır. Bu da bütövlükdə regionda daha gərgin vəziyyətin yaranmasına rəvac verəcəkdir.
Görüş zamanı nazirlər digər mühüm məsələlər barədə də fikirlərini bölüşmüşlər.
Səfər zamanı “Azərbaycan Respublikasının
Müdafiə Nazirliyi
və Sloveniya Respublikasının Müdafiə
Nazirliyi arasında müdafiə sahəsində
əməkdaşlıq haqqında
saziş” imzalanmışdır.
Azərbaycan.- 2011.-3 mart.- S. 3.