Azərbaycan hərbçiləri
Çində keçirilən
“Milli hərbi təhlükəsizlik və
idarəetmə kursu”nda iştirak edirlər
Martın 1-də
Çin Xalq Respublikasının (ÇXR) Pekin şəhərində
“Milli Hərbi Təhlükəsizlik və idarəetmə
kursu” başlamışdır.
Müdafiə Nazirliyinin
mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki,
eyni vaxtda Çinin Şiçzyaçjuan şəhərində
Xüsusi təyinatlı bölmə komandirləri kursu
keçirilir.
Azərbaycan hərbçilərinin
də iştirak etdiyi kurslar iyunun 30-dək davam edəcəkdir.
Silahlı Qüvvələrimizin
nümayəndələri kurslarda Azərbaycan-Çin ikitərəfli
əməkdaşlıq proqramına əsasən iştirak
edirlər.
Azərbaycan.- 2011.-3 mart.- S.3.