Korrupsiya ilə mübarizə ədliyyə orqanlarının diqqət mərkəzindədir

 

Prezident İlham Əliyevin korrupsiya ilə mübarizənin gücləndirilməsi üzrə tapşırıqlarının icrası məqsədilə Ədliyyə Nazirliyi tərəfindən təsirli tədbirlərin görülməsi davam etdirilir.

Ədliyyə Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, bu tədbirlər çərçivəsində Xaçmaz rayonunda şimal bölgəsinin ədliyyə orqanları əməkdaşlarının iştirakı ilə korrupsiyaya qarşı mübarizəyə həsr olunmuş geniş zona müşavirəsi keçirilmişdir.

Ədliyyə nazirinin müavini Vilayət Zahirov tədbirdə çıxış edərək regionların hərtərəfli inkişafını əngəlləyən korrupsiyanın qarşısının alınması, yerlərdə hüquq təsisatlarının inkişafı əhalinin ədliyyə orqanlarına müraciət imkanlarının asanlaşdırılması, fəaliyyətdə şəffaflığın artırılması üzrə tədbirləri qeyd etmiş, yerli qurumlarda süründürməçiliyin digər xoşagəlməz halların tamamilə aradan qaldırılmasının, cəmiyyətdə korrupsiyaya qarşı dözümsüzlük mühitinin yaradılmasının labüdlüyünü vurğulamışdır.

Bildirilmişdir ki, yaradılmış xüsusi monitorinq qrupları tabe qurumlarda yoxlamalar aparmış, aşkar olunan problemlər yerində həll edilmiş, nazirliyin "qaynar xətt"lərinə daxil olan şikayətlər dərhal araşdırılmış təxirəsalınmaz işlər görülmüşdür.

Müşavirədə əhalinin birbaşa təmasda olduğu məhkəmə qərarlarının icrası, qeydiyyat notariat sahəsində işin düzgün təşkili nizam-intizamın möhkəmləndirilməsi, korrupsiya digər neqativ hallara şərait yaradan amillərin qarşısının qətiyyətlə alınması qabaqlayıcı tədbirlərin görülməsi, mövcud nöqsanların aradan qaldırılması üzrə ciddi tapşırıqlar verilmişdir.

 

 

Azərbaycan.- 2011.-3 mart.- S. 6.