Azərbaycan Beynəlxalq
Bankının Almaniya
nümayəndəliyi Beynəlxalq
iqtisadi forumda iştirak etmişdir
Bu yaxınlarda
Polşanın Torun şəhərində İnteqrasiya və
Əməkdaşlıq Birliyinin və Polşa Milli Təsərrüfat
Bankının (MTB) təşkilatçılığı ilə
Beynəlxalq iqtisadi forum keçirilmişdir. Forumun məqsədi
Polşa şirkətləri, potensial idxalçı və
ixracçılar arasında iqtisadi münasibətlərin
inkişafına dəstək göstərməkdir.
Forum çərçivəsində
Qafqaza dair diskussiya aparılmışdır. Müzakirələrdə
Azərbaycan Beynəlxalq Bankı Almaniya nümayəndəliyinin
başçısı Zaur Mahmudov çıxış
etmişdir. O, forum iştirakçılarına Azərbaycanın
iqtisadi inkişafından söz açmış, bank
sektorunun inkişafı prosesləri və dinamikası, o
cümlədən ABB-nin fəaliyyətini təhlil
etmişdir. Polşa tərəfi regionumuza, xüsusən,
Polşa məhsullarının Azərbaycana ixracı
imkanlarına böyük maraq göstərmişdir.
Bankın nümayəndəsi
Polşa İxrac Agentliyinin sığortası ilə bu
ölkənin məhsullarının Azərbaycana
ixracının maliyyələşdirilməsi sahəsində
ABB-nin imkanları barədə məlumat vermişdir.
Azərbaycan.- 2011.-3 mart.- S. 6.