Qış turizminin inkişafı üçün yeni layihə hazırlanmışdır

 

Azərbaycanda 2011-ci ilin "Turizm ili" elan edilməsi bu sahənin infrastrukturunun, o cümlədən ölkəmiz üçün yeni olan turizm sahələrinin inkişafına təkan verəcəkdir. Bu mənada Qusar rayonu ərazisində inşası uğurla davam etdirilən Şahdağ qış-yay turizm kompleksi geniş perspektivlər vəd edir. Kompleksin fəaliyyətə başlaması ölkəmizdə qış turizminin inkişafına daha kütləvi xarakter almasına zəmin yaradacaqdır.

Mədəniyyət Turizm Nazirliyindən AzərTAc-a bildirmişlər ki, bu günlərdə daha bir regionda - Daşkəsən rayonunda qış turizminin inkişafı üçün yeni layihə hazırlanmışdır.

Dəniz səviyyəsindən 1600-1800 metr yüksəklikdə yerləşən Daşkəsəndə qış turizminin inkişafı üçün geniş imkanlar vardır. Murovdağın ətəklərində yerləşən rayonda qışın şaxtalı keçməsi qış mövsümündə dağlıq ərazidə dincəlmək istəyən turistləri özünə cəlb edə bilər. Bu da şübhəsiz, rayonun iqtisadi inkişafına müsbət təsir göstərən amillərdən ən əsasıdır. Yeni layihə məhz bu amillər nəzərə alınaraq hazırlanmışdır.

 

 

Azərbaycan.- 2011.-3 mart.- S. 6.