Dərddən güclü
"Onlar vaxtı və şəraiti üstələməyi
bacaran insanlardır. Onlar qaliblərdir" Qədim yunan deyimi
Bir insanı sevmək - sevməmək qədər asandır
Onu hamı tanıyır, hamı sevir. Sevmək istəməyəndə
həmişə bəhanə
tapmaq mümkün olduğu kimi, sevməyə də, nədənsə, həmişə
əsas tapmaq olur. İkiqat Paralimpiya çempionu İlham Zəkiyevin taleyində olduğu kimi...
Tale isə onu həm
ağrılı-acılı, həm sevincli yollardan keçirib aparmışdı.
Qrta məktəbi Sumqayıtda
başa vuranda gələcəyi olan idmançılardan biri kimi tanınırdı. Həmin
il Moskvada
keçirilən beynəlxalq
əhəmiyyətli yarışların
birində iştirak etmək, öz gücünü sınamaq
hüququ da qazanmışdı. Məşqçisi Əhməddin Rəcəbli
deyir ki, İlham o yarışda iştirak etsəydi, mütləq qələbə
qazanacaqdı, qalib olacaqdı. Amma o, Moskvadakı yarışlara
qatılmaq əvəzinə
başqa, bir "yarışa" qatılmalı
oldu - əsgərliyə
yollandı. İdmançı olduğu üçün
kəşfiyyat qrupuna
düşdü və
hamı kimi vicdanla, şərəflə
xidməti borcunu verməyə başladı.
Hərbi
xidmətdən sonra böyük idmanla məşğul olmağı
qarşısına məqsəd
qoysuşdu. Amma,
sən saydığını
say...
Qəfil güllə
Düşmən tərəfdən atılan
bir güllə hər şeyi bir andaca alt-üst etdi.
Anası danışır ki, gəlib onu rayonda hərbi hospitalda tapdıq. Vəziyyəti çox ağır idi. Həkimlər əllərini üzmüşdülər,
"İdmançı olduğu
üçün ürəyi
hələ ki müqavimət göstərir"
- dedilər. Mən
onu çağırdım,
"İlham" - dedim.
İlham mənə ağrı və sızıltılı bir
səslə cavab verdi: "Üşüyürəm"
- dedi. Birdən hamı başa
düşdü ki, İlham ölümünü
üstələyib. Tez
əynimdəki jaketi çıxarıb onun üstünə saldım...
Sonra yanında oturub isti çay
verdim...
Ümidlər ölmür...
Günlər keçdi, başındakı
sarğıları açdılar. Məlum oldu
ki, İlham heç kimi, hətta doğma anasını da tanımır, tanıya bilmir, çünki görmür. Sağ
gicgahından dəyən
güllə sol gicgahından
çıxmışdı. Özü salamat qalsa da,
hər iki gözünü itirmişdi.
İtirmədiyi ümidləriydi. Yaxınlarda mənə zəng edib hansısa televiziya kanalında eşitdiyi
"möcüzəli" göz əməliyyatı
barədə soruşduqları
bu böyük iradə sahibinin qəlbindəki sönməyən
ümidlərdən, hətta
"ən axırda da ümidlərin ölmədiyindən" xəbər
verirdi...
Gözünün nuru
Azərbaycan Prezidenti
İlham Əliyevin
2004-cü il Afina XII Yay Paralimpiya Oyunlarında uğur qazanmış Milli Paralimpiya Komandasının
üzvləri ilə görüşündə çıxış
edən, həmin oyunların cüdo üzrə qızıl mükafatçısı İlham
Zəkiyev ölkə
başçısına idmançılarımıza
yaratdığı gözəl
şəraitə görə
minnətdarlığını bildirməklə yanaşı,
bir xahiş də etdi: "Cənab Prezident, mən Qarabağ uğrunda döyüşlərdə
iki gözümü itirmişəm. 2002-ci ildə Sizin köməyinizlə, gənclər
və idman naziri Əbülfəs müəllimin köməyi
ilə Moskva şəhərində oldum.
Orada müayinədən keçəndə
mənə dedilər
ki, Amerikanın Merilend ştatındakı
klinikada mənim müalicəm var. Xahiş
edirəm, ən böyük nemət olan gözümün nurunun qaytarılmasına kömək edəsiniz.
Prezident: Biz bu məsələ ilə məşğul olarıq.
Mən tapşırıram, məlumat
verin ki, hansı klinikada və nə cür müalicə lazımdır, biz İlhamı
oraya göndərək.
Onun yanına bir adam
da qoşaq ki, orada həm
müayinədən keçsin,
həm də müalicə olunsun. Narahat olma, mən bu məsələni şəxsi nəzarətimdə
saxlayacağam. Gələn Olimpiya
oyunlarında iştirak
etməsən belə,
əgər bu müalicə olunan bir xəstəlikdirsə,
mütləq biz bunu müalicə edəcəyik.
Buna görə də mən lazımi göstərişləri
verəcəyəm və
vəsait də ayıracağam".
Hamı kimi olmadı.
Olsaydı, bütün bunlar,
yəqin ki, olmazdı
Amma, təəssüf ki, İlhamın axtarışları,
hələ ki, nəticəsizdir, çünki
elm hələ o uğurlara
çata bilməyib. Qalır bircə
ümid etmək və gözləmək.
Bir-birinin ardınca qazandığı qələbələr
onun da elə-belə
dayanıb hansısa möcüzəni gözləmədiyindən
xəbər verir:
- 2003-cü il, Kvepek, Kanada, Dünya çempionatının bürünc
medalçısı,
- 2004-cü il, Afina, XII Yay Paralimpiya Oyunlarının qızıl
medalçısı,
- 2005-ci il, Vlardüngen, Niderland, Avropa şempionatının qızıl
medalçısı,
- 2006-cı il, Bromat, Fransa, Dünya çempionatının komanda
hesabında bürünc
medalçısı,
- 2007-ci il, Bakı, Azərbaycan, Avropa çempionatının şəxsi
və komanda hesabında qızıl medalçısı,
- Azərbaycan
çempionu.
- 2008-ci ildə
Pekində keçirilən
XIII Yay Paralimpiya Oyunlarının qızıl
medalçısı - İkiqat
Paralimpiya çempionu.
Onu sevmək
azdır...
Bu, İlham Zəkiyevin idmandakı bəzi uğurlarının göstəricisidir. O, şəxsi
həyatında da dəyişiklik etdi. Artıq iki uşaq atasıdır.
Toyunda, demək olar, Azərbaycan ictimaiyyətinin
bütün nümayəndələri
içtirak etdi.
Ölkə başcısının təbrik məktubu oxundu, hədiyyəsi təqdim olundu.
İ.Zəkiyevin Qarabağda yarımçıq
qalan savaşı indi də idmanda
davam edir. Gündəlik məşqlər, görüşlər,
bir də ümidlər onu heç vaxt tərk etmir. Raralimpiya komandasının baş məşqçisi İ.İbrahimov
deyir ki, İlham müxtəlif yarışlarda onların
səsini minlərlə
insan arasından tanıyıb seçə
bilir. O, mehriban, qayğıkeş və dostcanlıdır, həyatsevər
bir insandır. O, insanları, insanlar da onu sevir.
Hamının tanıdığı adamı necə tanıyırıq
Yarışlar, dostlar,
problemlər... Keçib gəldiyi
yola, bir də əldə etdiyi nailiyyətlərə
baxanda sanki onun üçün həlli mümkün olmayan, cavabı tapılmayan heç nə yoxdur. Hara çağırsalar gedir - istər toy, istər ad günləri.
Həmişə dostların, qohum-qardaşın
arasındadır. Deyib-gülməyi, danışmağı sevir.
Bircə uşaqlarından
artıq tez-tez eşitməyə başladığı
bir sualdan başqa: "Ata, sən nə vaxt başqa
atalar kimi bizi özün maşında bağçaya
aparacaqsan?"
Dərddən güclü
hamının tanıdığı
və hamının sevdiyi adam
- İkiqat Paralimpiya çempionu İlham Zəkiyev bu yerdə danışmaqdan daha çox susmağı üstün
tutur...
Bəxtiyar QARACA
Azərbaycan.- 2011.-3 mart.- S. 8.