Müdafiə Sənayesi Nazirliyi
"Şərq" İstehsalat Birliyinin yeni "AZAD Systems
Co." müəssisəsi istifadəyə verilmişdir
Azərbaycan Prezidenti İlham Əliyev
açılışda iştirak etmişdir
Martın 3-də Müdafiə Sənayesi Nazirliyi "Şərq" İstehsalat Birliyinin yeni "AZAD Systems Co." müəssisəsi istifadəyə verilmişdir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev açılışda iştirak etmişdir.
Dövlətimizin başçısı ulu öndər Heydər Əliyevin abidəsinin önünə gül dəstəsi qoydu.
Prezident İlham Əliyev rəmzi açılışı bildirən lenti kəsdi.
Müəssisə ilə tanış olan dövlətimizin başçısı burada xaricdən gələn mütəxəssislərlə görüşdü. Prezident İlham Əliyev onlarla birlikdə müəssisədə istehsal edilən məhsulların nümayiş olunduğu filmə baxdı.
Azərbaycan Prezidentinə
pilotsuz təyyarənin maketi hədiyyə olundu.
Müdafiə sənayesi
naziri Yavər Camalov dövlətimizin
başçısına məlumat verdi ki, müəssisədə
işçilərin fəaliyyəti üçün hər
cür şərait yaradılmışdır. "AZAD Systems
Co." müəssisəsinin də daxil olduğu "Şərq"
İstehsalat Birliyində son bir neçə ildə geniş
tikinti və yenidənqurma işləri
aparılmışdır. Son üç ildə müəssisədə
5 istehsal sahəsi yaradılmış, müasir texnoloji
avadanlıq quraşdırılmışdır.
Müəssisə ilə
tanışlıq zamanı Prezident İlham Əliyevə
bildirildi ki, burada müasir tipli məsafədən idarə
edilən pilotsuz uçuş aparatları istehsal olunur. Pilotsuz
uçuş aparatları bir çox texniki-iqtisadi
üstünlüklərə malikdir. Uçuş
aparatında heyətin olmaması, çəkilən xərclərin
azlığı, insanın fiziki qabiliyyətindən artıq
texniki manevrlər etmək xüsusiyyəti və digər məsələlər
bu üstünlüyü şərtləndirən əsas
amillərdir.
Kompozit materialları sahəsində
iş prosesi ilə
Prezident İlham Əliyev
Müdafiə Sənayesi Nazirliyinin muzeyində saxlanmaq
üçün hazırlanmış pilotsuz təyyarənin
qanadını imzaladı.
Mühərrikyığma
sexində dövlətimizin başçısına müəssisədə
hazırlanan pilotsuz təyyarələrin digər texniki
göstəriciləri barədə məlumat verildi. Bildirildi
ki, "Orbitr-2M" təyyarəsi 4-6 kilometr
hündürlükdə 4-5 saat uça bilir. "Aerostar"
təyyarəsi isə 10 kilometr yüksəklikdə 12 saat
fasiləsiz uçur.
Prezident İlham Əliyevə
pilotsuz təyyarələrin hissələri və
"Orbitr-2M" təyyarəsinin yerüstü idarəetmə
mərkəzi barədə də məlumat verildi.
İdarəetmə mərkəzinin fəaliyyəti ilə tanış olan Azərbaycan Prezidentinə məlumat verildi ki, bu qurğu hazır məhsulun keyfiyyətini yoxlamaq, bir növ onun sınağını keçirməklə yanaşı, pilotsuz təyyarələrin idarə olunmasının texniki xüsusiyyətlərini də özündə əks etdirir. Kəşfiyyat tapşırıqlarını və yerdən verilən komandaları yerinə yetirmək imkanına malik olan bu aparatlar uçuş məsafəsinə və enməsinə görə aerodrom tipli platformalardan start götürmək, aerodroma və yaxud paraşüt vasitəsilə enmə qabiliyyətinə malikdir. İnformasiyanın ötürülməsi xüsusi avadanlığın köməyi ilə yerinə yetirilir.
Sonra gələcəkdə Azərbaycanda istehsalı nəzərdə tutulan "Diamond DA-42" dörd yerlik sərnişin təyyarəsinin təqdimatı oldu. Dövlətimizin başçısına təyyarənin texniki göstəriciləri barədə məlumat verildi.
Müəssisə ilə tanış olan Prezident İlham Əliyev burada yaradılan şəraitdən razılığını bildirdi və kollektivə uğurlar arzuladı.
AzərTAc
Azərbaycan.- 2011.-4 mart.- S. 1.