Azərbaycan Prezidenti İlham Əliyev Müdafiə Sənayesi Nazirliyinin "Cihaz" İstehsalat Birliyi Bakı cihazqayırma zavodunun yenidənqurmadan sonra açılışında
iştirak etmişdir
Martın 3-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Müdafiə Sənayesi Nazirliyinin "Cihaz" İstehsalat Birliyi Bakı cihazqayırma zavodunun yenidənqurmadan sonra açılışında iştirak etmişdir.
Dövlətimizin başçısı zavodun həyətində ümummilli lider Heydər Əliyevin büstü önünə gül dəstəsi qoydu.
Məlumat verildi ki, 1942-ci ildə Bakı alət zavodu adı ilə "Azneftmaş" Trestinin tərkibində fəaliyyətə başlamış müəssisə 1949-cu ildə SSRİ Neft Sənayesi Nazirliyinin balansına keçirilmiş və Bakı cihazqayırma zavodu adlandırılmışdır. 1993-cü ildən zavod Azərbaycan Respublikası Dövlət Xüsusi Maşınqayırma və Konversiya Komitəsinin tabeliyinə verilmişdir.
Azərbaycan Prezidenti zavodun rəmzi açılışını bildirən lenti kəsdi.
İnzibati bina ilə tanışlıq zamanı dövlətimizin başçısı müəssisənin yenidənqurmadan əvvəlki vəziyyətini əks etdirən videosüjetə baxdı. Qeyd olundu ki, 2006-cı ildən zavod Müdafiə Sənayesi Nazirliyi "Cihaz" İstehsalat Birliyinin tərkibində fəaliyyətini davam etdirir. Son illər müəssisədə əsaslı yenidənqurma və bərpa işləri aparılmışdır. İkimərtəbəli inzibati bina ən yüksək standartlar səviyyəsində təmir olunmuşdur. Zavodun ərazisində təhlükəsizlik kameraları quraşdırılmış, buradakı bütün inzibati otaqlar müasir avadanlıqla təchiz edilmişdir.
Prezident İlham Əliyev ikinci mərtəbədə yaradılmış Heydər Əliyev Muzeyi ilə tanış oldu. Bildirildi ki, muzeydə nümayiş olunan fotolarda ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərliyinin müxtəlif dövrlərində həyata keçirdiyi çoxşaxəli fəaliyyətin ayrı-ayrı anları əksini tapmışdır. Dahi rəhbərin Milli Ordunun inkişafı sahəsindəki əvəzsiz xidmətlərini əks etdirən fotolar xüsusi maraq doğurur.
Məlumat verildi ki, müxtəlif tədbirlərin keçiriləcəyi iclas zalı 100 nəfər üçün nəzərdə tutulmuş, 90 nəfərlik yeməkxanada isə işçilərin keyfiyyətli qidalanması ilə əlaqədar hər cür şərait yaradılmışdır. Burada işçilərin istirahəti üçün xüsusi otaq da vardır.
Zavodun ərazisində geniş abadlıq və yaşıllaşdırma işləri görülmüşdür. Bütün kommunikasiya xətləri, o cümlədən su, havalandırma sistemləri təzələnmiş, transformatorlar yeniləri ilə əvəz edilmişdir.
Prezident İlham Əliyev istehsal sahələrini gəzdi. Mexaniki yığma sexi ilə tanışlıq zamanı bildirildi ki, son illər müəssisədə silsilə yenidənqurma tədbirləri həyata keçirilmiş, burada dünyanın ən inkişaf etmiş ölkələrində istehsal olunan dəzgah və avadanlıq quraşdırılmışdır. Nəticədə qısa müddətdə zavodda dövlət sifarişlərini yerinə yetirməklə yanaşı, digər sahələr, xüsusilə neftçıxarma sahəsində istifadə olunan cihazların və ehtiyat hissələrinin istehsalına başlanmışdır. Metaltökmə sexində həm müdafiə, həm də mülki təyinatlı cihazların, paylayıcı və ötürücü qutuların pəstahları hazırlanacaqdır.
Dövlətimizin başçısı istehsal
prosesini izlədi. Qeyd olundu
ki, dəmirçi sexində də əsaslı təmir işləri aparılmışdır.
Bu işlərdən sonra sex indi tam gücü ilə işləyir. Qalvanikləşdirmə sexi də müasir
avadanlıqla təchiz
olunmuşdur. Bu sexdə bütün cihazların və hissələrin üzəri
müxtəlif növ
kimyəvi maddələrlə
örtüləcəkdir. Burada sinkləmə, xromlama, nikelləmə, anodlaşma,
oksidləşmə və
qalaylama prosesləri aparılacaqdır.
Prezident İlham Əliyev xüsusi təyinatlı yığma sexinə gəldi. Burada lazer həkketmə
avadanlığı quraşdırılmışdır.
Xüsusi kompüter proqramı
ilə işləyən
bu avadanlıqda cihazlar və hissələr üçün
lövhəciklər hazırlanacaqdır.
Yay hazırlayan dəzgah da xüsusi proqramla təmin olunan kompüterə qoşulmuşdur.
Dövlətimizin başçısı Bakı
cihazqayırma zavodunda
istehsal və emal olunan hazır
məhsullara baxdı. Prezident İlham
Əliyevə istehsal olunan müdafiə təyinatlı məmulat və ehtiyat hissələri haqqında
geniş məlumat verildi. Qeyd edildi ki, zavodda həm də Dövlət Neft Şirkətinin müəssisələri üçün
18 adda yeni növ məhsulların istehsalı qaydaya salınmış və nəticədə mülki
məhsulların çeşidi
29-dan 47-yə çatdırılmışdır.
Prezident İlham Əliyev mexaniki emal sexini
gəzdi. Bildirildi ki, sexin avadanlıq
parkı əsaslı
şəkildə təzələnmişdir.
Yaradılan yeni istehsal sahəsində iki texnoloji axın
xətti işə salınmış, ən müasir proqram təminatlı 57 dəzgah
və avadanlıq quraşdırılmışdır. Buradakı universal torna, bir neçə koordinatlı və şaquli frez, pardaqlama dəzgahları, şaquli emal mərkəzi, təbəqəəyən
maşın, kompressorlar
və digər dəzgahlar sifarişlərin
vaxtında və keyfiyyətlə hazırlanmasına
imkan verəcəkdir.
Bütün bunların
nəticəsində Dövlət
Müdafiə Sifarişi
Proqramında nəzərdə
tutulan 7 adda müdafiə təyinatlı
məmulatın istehsalı
mənimsənilmişdir. Yaxın
gələcəkdə bu
qəbildən məhsulların
çeşidi 12-yə çatdırılacaqdır.
Dövlətimizin başçısı
xüsusi təyinatlı
təmir, bərpa və mexaniki yığma sexləri ilə də yaxından
Qeyd olundu ki, müəssisədə
2009-2010-cu illərdə T-72 tankının, BTR və
BRDM tipli zirehli maşınların təkmilləşdirilməsi
üzrə işlər
uğurla davam etdirilir. Dövlət Müdafiə Sifarişi
Proqramına uyğun olaraq, cari ildə
BTR-70 və BRDM-2M tipli
zirehli maşınların
təmir və təkmilləşdirilməsi nəzərdə
tutulmuşdur. Ali Baş Komandan İlham Əliyevə bu texnikanın təkmilləşdirilməsi haqqında
geniş məlumat verildi. Hər iki zirehli texnika təkmilləşdirilmiş,
idarəetmə sistemi
asanlaşmışdır. Ən əsası bu maşınlarda yanğının
başvermə təhlükəsi
tamamilə aradan qaldırılmışdır.
Prezident İlham Əliyevə
"Şimşək" qabaqcıl
texnologiyası və asan idarəetmə layihəsi barədə də məlumat verildi. Bakı cihazqayırma zavodu
və Cənubi Afrika Respublikasının
"EWT" şirkəti ilə
birgə hazırlanan layihənin üstün cəhəti gecə və gündüz görmə kamerasının
olmasıdır. Bundan başqa,
"Şimşək" texnologiyası
lazer hədəf nişanlayıcısı, ballistik
kompüter və silah sistemlərinin idarə edilməsinə malikdir. Atəşə mükəmməl nəzarət sisteminin olması "Şimşək"in
əsas xüsusiyyətlərindən
biridir.
Qeyd olundu ki, hazırda
zavodda 170 nəfər
işləyir. Yeni istehsal sahəsinin yaradılması hesabına
əlavə 100 iş
yerinin açılması
və işçilərin
sayının 280 nəfərə
çatdırılması nəzərdə tutulur.
Dövlətimizin başçısı
mina təsirinə dayanıqlı
"Matador" və "Marauder" tipli zirehli nəqliyyat
vasitəsilə də
yaxından
Bildirildi ki, zirehli maşınlar
Cənubi Afrika Respublikasının "Paramount Group" şirkətinin lisenziyası
əsasında yığılaraq
istismara hazır vəziyyətə gətirilmişdir. Əsasən
14,5 və 12,7 çaplı pulemyotlarla təchiz olunan bu zirehli texnika
"V" formalı şassiyə
malikdir. Bu maşınlar
şəxsi heyətin
mina təsirindən, güllə
qəlpəsindən və
ballistik hücumdan müdafiə olunaraq daşınması üçün
nəzərdə tutulmuşdur.
Sonra Prezident İlham Əliyev zavodda hazırlanıb istismara verilən zirehli texnikaların sınaqdan keçirilməsi prosesini
izlədi. Bildirildi ki, burada texnikaların 25 dərəcə
maili bucaq altında sol və sağ tərəfi üstdə dayanıqlılığı
yoxlanılır. Sonra zirehli
texnikanın 30 dərəcə
maililikdə eniş və yoxuş zamanı gücünün
və əyləc sisteminin davamlılığına
və möhkəmliliyinə
diqqət yetirilir.
Maşınlar dərinliyi
1,5 metr olan
su maneələrindən
də keçirilir. Bu zaman maşınların
hermetikliyi və idarəetmənin möhkəmliyi
yoxlanılır. Sonda isə
zirehli texnikalar yüksək amplitudalı
maneələrdən keçirilir.
Bu proses zamanı isə maşınların
yırğalanması müşahidə
edilir.
Dövlətimizin başçısı
kollektivə uğurlar
arzuladı, tapşırıq
və tövsiyələrini
verdi.
AzərTAc
Azərbaycan.- 2011.-4 mart.- S. 1, 2.