"Pambıqçılıq
haqqında" Azərbaycan
Respublikası Qanununun
tətbiqi ilə bağlı əlavə tədbirlər barədə
Azərbaycan Respublikası Prezidentinin
Fərmanı
Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini
rəhbər tutaraq,
"Pambıqçılıq haqqında" Azərbaycan
Respublikası Qanununun
icrasını təmin
etmək məqsədi
ilə qərara alıram:
1. Müəyyən
edilsin ki:
1.1. "Pambıqçılıq
haqqında" Azərbaycan
Respublikası Qanununun
5.0.7-ci maddəsində nəzərdə
tutulmuş vəzifəni
Azərbaycan Respublikasının
Kənd Təsərrüfatı
Nazirliyi həyata keçirir;
1.2. həmin Qanunun 5.0.2-ci
(pambıqçılığın klasterlər əsasında
inkişafının təmin
edilməsi üzrə)
və 5.0.5-ci maddələrində
nəzərdə tutulmuş
vəzifələri Azərbaycan
Respublikasının Kənd
Təsərrüfatı Nazirliyi
Azərbaycan Respublikasının
İqtisadi İnkişaf
Nazirliyi ilə razılaşdırmaqla həyata
keçirir;
1.3. həmin Qanunun
15.3-cü maddəsində nəzərdə
tutulmuş "müvafiq
icra hakimiyyəti orqanları"nın səlahiyyətlərini
qanunvericiliklə müəyyən
olunmuş fəaliyyət
istiqamətlərinə uyğun
olaraq Azərbaycan Respublikasının Kənd
Təsərrüfatı Nazirliyi
və Azərbaycan Respublikasının Standartlaşdırma,
Metrologiya və Patent üzrə Dövlət Komitəsi həyata keçirirlər.
2. "Pambıqçılıq
haqqında" Azərbaycan
Respublikası Qanununun
tətbiq edilməsi barədə" Azərbaycan
Respublikası Prezidentinin
2010-cu il 14 iyul tarixli 293 nömrəli Fərmanına (Azərbaycan
Respublikasının Qanunvericilik
Toplusu, 2010-cu il, №7, maddə 612) aşağıdakı
əlavələr və
dəyişiklik edilsin:
2.1. 2.3-cü bənddə
"5.0.6-cı" sözlərindən sonra ", 5.0.7-ci" sözləri
əlavə edilsin;
2.2. 2.4-cü bənd
2.6-cı bənd hesab
edilsin və Fərmana aşağıdakı
məzmunda 2.4-cü və
2.5-ci bəndlər əlavə
edilsin:
"2.4. həmin Qanunun 5.0.2-ci (pambıqçılığın klasterlər əsasında inkişafının təmin edilməsi üzrə) və 5.0.5-ci maddələrində nəzərdə tutulmuş vəzifələri Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi ilə razılaşdırmaqla həyata keçirir;
2.5. həmin Qanunun 15.3-cü maddəsində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanları"nın səlahiyyətlərini qanunvericiliklə müəyyən olunmuş fəaliyyət istiqamətlərinə uyğun olaraq Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi və Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi həyata keçirirlər;".
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri,
3 mart 2011-ci il
Azərbaycan.- 2011.-4 mart.- S. 3.