"Xidməti pasport almaq
hüququ olan vəzifəli şəxslərin
siyahısı"nın təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər
tutaraq, "Ölkədən getmək, ölkəyə gəlmək
və pasportlar haqqında" Azərbaycan
Respublikasının Qanununda dəyişiklik edilməsi və
"Ölkədən getmək, ölkəyə gəlmək
və pasportlar haqqında" Azərbaycan Respublikası
Qanununun 5-ci maddəsinə uyğun olaraq xidməti pasport almaq
hüququ olan vəzifəli şəxslərin
siyahısının təsdiq edilməsi barədə" Azərbaycan
Respublikası Milli Məclisinin 1995-ci il 13 iyun tarixli 1053
nömrəli qərarının qüvvədən
düşmüş hesab edilməsi haqqında" Azərbaycan
Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan
Respublikası Prezidentinin 2010-cu il 12 noyabr tarixli 351 nömrəli
Fərmanının 1.3-cü bəndinin icrasını təmin
etmək məqsədi ilə qərara alıram:
1. "Xidməti pasport almaq
hüququ olan vəzifəli şəxslərin
siyahısı" təsdiq edilsin (əlavə olunur).
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri, 3 mart 2011-ci il
Azərbaycan.- 2011.-4 mart.- S.3.